Idman

“Qarabağ” “Nant”la oyuna itkilərlə çıxır, kimlər oynamayacaq… – ADLAR

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ” “Nant”la qarşılaşacaq.

Ağdam təmsilçisi matça itkilərlə çıxacaq. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov oyundan öncə baş tutan mətbuat konfransında deyib:

“Maksim Medvedev, Rahil Məmmədov və Kevin Medina zədəlidir. Bədavi Hüseynova gəlincə, ümumi durumu pis deyil. Oyuna hazır olmaq ehtimalı çoxdur. Dünən komanda ilə məşq edib. Amma ehtiyatla, tam maksimum məşq etmirdi. Onun durumuna bu gün bir daha baxacağıq. Oynamaq ehtimalı çıxdur. Qərar vermək üçün tam əmin olmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button