\”Qarabağ\” üçün \”Ayaks\”, \”Qəbələ\” üçün \”Borussiya\”
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatma mərasimdə 44 komanda iştirak edəcək. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olacaq.
Azərbaycanı bu mərhələdə iki komanda – \”Qarabağ\” və \”Qəbələ\” təmsil edəcək. \”Qəbələ\” \”Apollon\” səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə \”Seltik\”ə uduzan \”Qarabağ\” da mübarizəni pley-off mərhələsində davam etdirəcək.
Hər iki komandamız püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da təmsilçilərimizi nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaq.
Artıq “Qarabağ”ın beş, “Qəbələ”nin isə altı potensial rəqibi bilinib. Bunlar aşağıdakılardır:
\”Qarabağ\”:
\”Ayaks\” (Hollandiya)
PAOK (Yunanıstan)
\”Yanq Boyz\” (İsveçrə)
\”Standard (Belçika)
\”Sent-Etyen\” (Fransa)
\”Qəbələ\”:
“Borussiya” (Dortmund, Almaniya)
“Alkmaar” (Hollandiya)
“Sparta” (Çexiya)
“Panatinaikos” (Yunanıstan)
“Sauthempton” (İngiltərə)
“Krasnodar” (Rusiya)
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.