Idman

Qurban Qurbanov jurnalistin ölümündən danışdı: \”Oyuna köklənə bilmədik, Allah rəhmət etsin…\”

Qurban Qurbanov jurnalistin ölümündən danışdı: "Oyuna köklənə bilmədik, Allah rəhmət etsin..."Premyer Liqanın 2015-2016-cı illər mövsümünün ilk turunda Avropa Liqasında mübarizəni davam etdirən iki komandamız – “Qəbələ” və “Qarabağ” üz-üzə gəldilər. Gərgin mübarizə şəraitində keçən oyunda qapılara 4 qol vuruldu və oyun 2-2 hesabı ilə başa çatdı.

ANS PRESS-in məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında \”Qarabağ\”ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:

\”Mən çempionatın başlanması münasibəti ilə hər kəsi təbrik edirəm. Bizim işimiz futboldur. Birimiz qaçırıq, birimiz düşünürük, digərimiz yazırıq. Futbol bizim ümumi işimizdir. Odur ki, mən mərhum jurnalist Rasim Əliyevə və veteran futbolçumuz Mübariz Zeynalova Allahdan rəhmət diləyirəm. Düşünürəm ki, biz bu oyuna köklənə bilməmişdik. Son hadisələr hər birimizə təsir edir.
Hesab edirəm ki, biz ən yaxşı formada olan komandaya qarşı oynadıq. “Qəbələ”nin Avropa Liqasında irəliləməsi xoşdur. Ümumi götürsək, oyundan razı qaldım. Müəyyən çatışmazlıqlar vardı. Məncə, çempionat üçün heyəti formalaşdırmaq çətin olacaq. Bunun üçün zamana ehtiyac var”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button