Idman

Messi sensasion məğlubiyyətin səbəblərindən danışdı: “Bu, yanlış idi…”

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında çıxdıqları ilk oyunda Səudiyyə Ərəbistanından aldıqları 1:2 hesablı məğlubiyyəti şərh edib.

35 yaşlı ulduzun dediklərini “Ole” belə çatdırıb:

“Bu, bütün azarkeşlər və komanda üçün ağır zərbədir. Belə başlanğıc gözləmirdik. Qələbə qazanacağımıza və yaxşı start sayəsində ruhumuza rahatlıq gətirə biləcəyimizə əmin idik. 

Təbii ki, yenilginin səbəbləri var. Belə məğlubiyyətlər səbəbsiz olmur. Rəqibin necə oynadığını yaxşı bilirdik. Sadəcə, tələsdiyimiz üçün özümüzü meydanda rahat hiss etmirdik. Hə, erkən qol vurduq və hesabı açandan sonra qeydə alınmayan qollarımız oldu. Həmin vaxt bizə elə gəldi ki, belə epizodlarımız çox olacaq. Məhz bu düşüncəmiz yanlış idi və yenilginin əsas səbəblərindən biri sayılmalıdır.

Daha sonra sürəti artırsaq da, yeknəsəq oyun sərgilədik. Məsələn, cinahları tez-tez dəyişmirdik. Səudiiyə Ərəbistanı müdafiəyə diqqət ayırdığı üçün topla tez rəftar etməyə çalışırdıq. Lakin bu işi effektli şəkildə görə bilmirdik. Bir neçə dəfə ofsayda düşmüşüksə, deməli, hesablamalarımız dəqiq olmayıb. Əlbəttə, hücumlarımızın oyundankənar vəziyyətlə başa çatdığı epizodlarda rəqibin müdafiə xəttinin düzgün oynadığını da söyləməliyik. İki qol buraxandan sonra oyunumuzda çaşqınlıq yarandı. Nəticədə, səhvlər artdı. 

Səudiyyə Ərəbistanı yığmasının topla yaxşı rəftar etdiyini, onu özündə saxlaya bildiyi barədə öncədən məlumatlıydıq. Onlar kompakt komanda olduqlarını bizi ofsayd tələsinə saldıqları anlarda da yetərincə yaxşı isbatladılar.

İndi əsl komanda kimi birləşmək heç vaxt olmadığı qədər vacibdir. Öz oyun üslubumuza qayıdaraq meksikanı yenməyə çalışmalıyıq”.

fanat.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button