Idman

Rəşad Sadıqov \”Yanq Boyz\”la oyundan, son transferlərdən və Cavid Hüseynovdan danışdı

Rəşad Sadıqov "Yanq Boyz"la oyundan, son transferlərdən və Cavid Hüseynovdan danışdı\”Qarabağ\”ın kapitanı Rəşad Sadıqov ötən gün \”Rəvan\”la oyundan sonra jurnalistlərə açıqlama verib. Savash.org goal.az-a istinadən xəbər verir ki, Rəşad həm Avropa Liqasında rəqibləri olan \”Yanq Boyz\” və yeni transferləri barədə də danışıb:

\”Yanq-Boyz\”un \”Luqano\” ilə çempionat oyununu izləmişəm. Çox maraqlı komandadır. Deyə bilərəm ki, hələ belə rəqiblə qarşılaşmamışıq. \”Zalsburq\” ayrı,\”Seltik\” fərqli fərqli futbol oynayır. Hazırkı rəqibimiz \”Yanq Boyz\” isə qarışıq futbol sərgiləyir. Onlar bəzən cinahlardan hücum qurur, bəzən isə qısa ötürmələrlə oynayır. Buna görə də bizi çətin oyun gözləyir. Səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün çox çalışmalıyıq. Rəqibimiz güclü hücum xəttinə malik komandadır. Hələ mən izlədiyim oyunda əsas hücumçuları, xüsusilə də bombardirləri oynamırdı. Standart vəziyyətlərdə də yaxşı təsir bağışlayırlar.

\”Yanq Boyz\”un \”Seltik\”dən güclü olduğunu deməzdim, amma indiki rəqibimiz daha rəngarəng komandadır. Onlara qarşı 90 dəqiqə mübarizə aparmaq lazımdır. Hesabda irəli keçsən də, müdafiədə boşluq yaratmaq olmaz. Yəni rəqibimiz son dəqiqələrdə hesabı dəyişə biləcək komandadır. Əsas məqsədimiz səfərdə məğlub olmamaqdır. Əsas da 2 top fərqi ilə uduzmamaq bizim üçün sərfəli nəticə olar. Yeni transferlərimizə vaxt lazımdır. Bədavi Hüseynov da \”Qarabağ\”a yeni gəldiyində ona gülürdük. Eləcə də Reynaldoya. Ancaq tələsmək lazım deyil. Bir müddət keçsin, əgər gözlənilənləri verməsələr, o zaman həmin futbolçuları uğursuz transferlər adlandırmaq olar.

Hamı deyir ki, \”Qarabağ\” yaxşı transferlər etsin. Qurban Qurbanov da istəyir ki, əlində yaxşı transferlər olsun. Ancaq istədiyimiz futbolçular gəlmirlər. Rəşad həm də \”Qəbələ\”nin futbolçusu Cavid Hüseynovun həbs edilməsinə münasibət bildirən Rəşad Sadıqov deyib: \”Açıqlama vermək böyük məsuliyyət tələb edir. Çox qarışıq məsələdir. Bir tərəfdə jurnalist dünyasını dəyişib, digər tərəfdə isə çiyin-çiyinə oynadığımız futbolçu həbs olunub. Amma onu deyə bilərəm ki, Cavidi çoxdan tanıyıram və onun kiminləsəədavət yaşadığını görməmişəm. Çox mehriban insandır. Onun kimisə öldürmək niyyətinin olduğuna inanmıram. Rasimə də Allahdan rəhmət diləyirəm\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button