Idman

Neymar: “Ümid edirəm ki, Pele oyunumuzdan həzz aldı”

Braziliya millisinin futbolçusu Neymar DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreyaya 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra həmyerlisi – əfsanəvi futbolçu Pelenin səhhətinin pisləşməsi barədə danışıb.

Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, 30 yaşlı hüumçu deyib:

“Hazırda Pele haqqında danışmaq çətindir. Lakin biz ona tezliklə sağalmasını arzulayırıq. İnanıram ki, o, tezliklə sağalacaq. Ümid edirəm ki, o, bizim qələbəmizdən həzz aldı”.

Əlavə edək ki, Oyundan sonra Braziliya millisinin oyunçuları əfsanəvi oyunçunun təsviri olan pankart çıxarıblar. Pele noyabrın 30-da xəstəxanaya yerləşdirilib. Braziliyalıya bədənin ümumi şişməsi, o cümlədən ürək çatışmazlığı, həmçinin çaşqınlıq diaqnozu qoyulub.

Qeyd edək ki, Braziliya Qətərdə keçirilən DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq. Görüş dekabrın 9-da oynanılacaq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button