Idman

“Ronaldo ilə problemim yoxdur” – Baş məşqçi

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2022-nin 1/8 finalında İsveçrəyə qalib gələrək 1/4 finala yüksəlmələrini (6:1) şərh edib.

Mütəxəssis oyunun əla keçdiyini deyib:

“Yaxşı çıxış etdik. Gözəl oyun oldu. Futbolçuları təbrik edirəm. Onlar özlərini yaxşı tərəfdən göstərdilər, amma indi göydən yerə enməli olacaqlar. Hər şey əla idi. Amma 3 gün sonra növbəti matçımız var. Əvəzetmələr bir oyun strategiyası idi, bütün oyunçular fərqlidir. Mən həmçinin Dalotu, Rafael Qerreyrunu meydana buraxdım. Halbuki, Kanselo da heyrətamiz oyunçudur.

Fernando Santuş start heyətdə yer vermədiyi millinin kapitanı Kriştiano Ronaldo ilə münasibətləri barədə də danışıb: “Mənim Ronaldo ilə problemi yoxdur. Biz uzun illərdir dostuq. Oyunçular bəzi qərarları verir, bu, heç bir şəkildə bizə təsir etmir. Artıq dedim ki, bu məsələ nəhayət həll olundu və o, böyük kapitan kimi gözəl nümunə göstərdi”.

Santuş 1/4 finalda Mərakeşlə keçirəcəkləri matç barədə isə bunları deyib: “Mərakeşə gəlincə, İspaniyanı məğlub etdilər. 2018-ci il dünya çempionatında bizə çoxlu problem yaratdıqlarını xatırlayıram”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button