Idman

“Nəyə baxırsan, axmaq?” – FİFA Messini bu sözlərinə görə cəzalandıracaq

FİFA Argentina millisinin kapitanı Lionel Messi haqda araşdırmalara başlayıb.

Dünyanın ali futbol qurumu bu addımı 35 yaşlı hücumçunun DÇ-2022-nin 1/4 mərhələsində Niderlanda qalib gəldikdən sonra etdiyi hərəkətə görə atıb.

Belə ki, Messi matçdan sonra müsahibə verərkən, niderlandlı futbolçu Vout Veqorstla söz atışmasına çıxıb. O, həmkarına “Nəyə baxırsan, axmaq? Davam et”, – deyə cavab verib.

FİFA futbolçunun davranış qaydalarını pozması səbəbilə onun haqqında araşdırma başladıb. “Leo”nun cəzalandırılacağı istisna edilmir.  Onun haqqında qərarın dekabrın 13-də açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq.

offsideplus.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button