Idman

Hakim ağ vərəqə göstərdi – Mənası nədir? + Video

Qadınlar arasında Portuqaliya kubokunda “Sportinq” – “Benfika” matçında görüşün baş hakimi ağ vərəqə göstərib.

Referi bu hərəkəti jest olaraq edib.

Belə ki, oyun zamanı futbolçulardan biri özünü pis hiss edib. Bu vaxt hər iki komandanın tibb heyəti futbolçu üçün köməyə gəlib. Həkimlərin səyi nəticəsində futbolçu özünə gəlib. Hakim hər iki komandanın tibbi heyətinə ağ vərəqə göstərib.  Referinin bu jesti azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyasının təşəbbüsü olan ağ vərəqələr ədalətli oyun və etik hərəkətlərin təqdiri olaraq göstərilir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button