Idman

Cinsi təzavüzdə ittiham olunan Dani Alveş başqa həbsxanaya KÖÇÜRÜLDÜ

Cinsi təzavüzdə ittiham olunan “Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş başqa həbsxanaya köçürülüb.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, əvvəlcə Brians 1 müəssisəsinə yerləşdirilib, bu gün isə Brians 2-yə aparılıb. Bildirilir ki, hakimiyyət orqanlarının belə bir qərarı futbolçuya qarşı müsbət münasibət kimi şərh edilə bilər. Çünki onun yeni saxlanma yerində duşla təchiz olunmuş fərdi kameralar var.

Ədliyyə Departamenti bu tədbirlərin “şübhəlinin təhlükəsizliyini və yaşayış modulunda dinc  yaşamasını” təmin etmək üçün həyata keçirildiyini açıqlayıb.

Qeyd edək ki, 39 yaşlı müdafiəçi bir neçə gün əvvəl zaminə buraxılmadan müvəqqəti həbs cəzasına məhkum edilib. İspaniya qanunlarına görə günahı sübuta yetirilərsə, Dani Alveşə 4 ildən 12 ilə qədər həbs cəzası verilə bilər.

Xatırladaq ki, baş verənlərə görə Meksikanın “Pumas” klubu Alveşlə müqaviləyə xitam verib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button