Idman

Albaniya millisinin üzvü “Qarabağ”la müqavilə bağlamaq üçün Bakıya gəldi

“Qarabağ” bu qış ikinci transferini gərçəkləşdirməyə yaxındır.

Ağdam təmsilçisi Albaniya millisi və “Tirana”nın vingeri Redon Djidja ilə müqavilə imzalayacaq. 24 yaşlı oyunçu bununla əlaqədar artıq Bakıya gəlib. O, bu gün tibbi müayinədən keçəcək. Daha sonra isə tərəflər müqavilə imzalayacaq. Müqavilənin uzun müddəti – ən azı 3,5 ili əhatə edəcəyi bildirilir.

Redon Djidja bu mövsüm “Tiran”nın heyətində keçirdiyi bütün turnirlərdə 22 oyun keçirib və 14 qol vurub. O, iki dəfə Avropa kuboklarında (Çempionlar Liqası və Konfrans Liqasınının təsnifat mərhələlərində) fərqlənib. Djidja ötən ilin oktyabrında Səudiyyə Ərəbistanı ilə matçda millidə debüt edib. Ümumən, o, 2 oyunda əsas millinin formasını geyinib.

Djidja Admir Teli və Ansi Aqollidən sonra “Qarabağ”da oynayacaq Albaniya millisinin üçüncü oyunçusu olacaq.

Xatırladaq ki, “Qarabağ” bu qış vinger Adama Diakabini də heyətinə cəlb edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button