Idman

“Əl-Nəsr” Ronaldonu aldığına peşmandır – “12 dəfə top itirdi, ona görə uduzduq”

Sudiyyə Ərəbistanı Superkubokunun yarımfinal oyununda “Əl-Nəsr” klubunun “Əl-İttihad”a 1-3 məğlub olaraq mübarizəni dayandırmasından sonra baş məşqçi Rudi Qarsia diqqətçəkən açıqlama verib.

“Əl-Nəsr” klubununbaş məşqçisi bildirib ki, məğlub olduqları oyunun dönüş anlarından biri də ilk hissədə Ronaldonun boşa verdiyi fürsət olub.

Qeyd edək ki, oyundan sonra ərəb mediası Ronaldonunun ikinci rəsmi oyunda da uğursuz oyun sərgilədiyini yazıb. 90 dəqiqə oyunda olan hücumçu qapıya 1 dəqiq zərbə endirib. Ronaldonun qapı qarşısına ötürdüyü 5 top dəqiq alınmayıb.

Ronaldo oyun zamanı 5 dəfə hava mübarizəsinə girib və yalnız birində topu qazana bilib. Hücumçu oyun zamanı 12 dəfə top itirib. Ronaldonun uğursuz oyunu sosial mediada da müzakirə olunub.

metbuat.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button