Idman

\”Qəbələ\” Afinada yunanların dizini qatladı

"Qəbələ" Afinada yunanların dizini qatladıAvropa Liqasında inamla irəliləyən \”Qəbələ\” bu gün pley-off mərhələsinin cavab matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, \”qırmızı-qaralar\” Afinada \”Panatinaikos\”un qonağı olub.

Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmadığından cütün taleyinə Yunanıstanda aydınlıq gəlib.

Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan Roman Qriqorçukun komandası daha bir uğurun astanasında idi. Bunun üçün \”Qəbələ\” səfərdən sərfəli nəticə ilə qayıtmalı idi ki, bunu da bacarıb.

Səfərdə rəqibi ilə 2:2 bərabərə qalan \”Qəbələ\” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

27 avqust

Avropa Liqası, \”pley-off\”un cavab oyunu

23:00. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 2:2
Qollar: Dodo, 6 (0:1), Markus Berq, 34 (1:1), Dodo, 60 (1:2), Nano, 78 (2:2)
İlk oyun – 0:0
Hakimlər: İvan Krujilak, Tomas Somolani, Tomas Mokoş (hamısı Slovakiya)
Afina. Apostolos Nikolaidis stadionu

\”Panatinaikos\”: Lyuk Stil, Giorgos Koutroumbis, Stathis Tavlaridis, Nano, Serxio Sançes, Bourbos, Zeka (k), Ninis, Daniel Pranyiç ( Mladen Petriç, 66), Nikos Karelis (Kloranidis, 67), Markus Berq

Ehtiyat oyunçular: Kotsolis, Nikos Marinakis, Nikos Kaltsas, Tassos Laqos,Abdul Ayaqun

“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Vitali Vernidub, Rikardinyo, Arif Daşdəmirov, Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets (Elvin Camalov, 86), Dodo (k) , Aleksey Antonov

Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Samir Zərgərov, Floresku, Qismət Alıyev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button