Messi ən böyük kədərindən danışdı: “Çox istəyərdim ki…”

Futbol üzrə 2022 Dünya Çempionatının qalibi olan Argentina milli komandasının kapitanı Lionel Messi ən böyük kədərini dilə gətirib.
Savash.org xarici mətbuata istinadən xəbər verir ki, Messi müsahibəsində əldə edə biləcəyi hər şeyə nail olduğunu bildirib:
“Karyeramın sonunda böyük bir dövrü qapadıram. Fərdi olaraq hər şeyə nail olmuşdum. Milli komandada da əlimdən gələni etdim. Heç nədən şikayətim yoxdur. Amerika Kubokunu və Dünya Çempionatını qazandıq, heç nədən şikayətim yoxdur, daha ediləcək heç bir şey də qalmayıb”.
Messi ən çox nəyə kədərləndiyi ilə bağlı sualı da cavablandırıb:
“Kuboku mənə Diyeqonun (Maradona) verməsini və ya ən azından bu qələbəni görməsini istəyərdim. Argentinanın yenidən dünya çempionu olduğunu görməsini çox istəyərdim. Ən böyük kədərim budur”.
Çağatay