Idman

Azərbaycan millisi Xorvatiyadan xal aldı

Azərbaycan millisi Xorvatiyadan xal aldıBu gün AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan millisi doğma azarkeşlər önündə Xorvatiya yığması ilə qarşılaşıb. Görüş \”Bakcell Arena\”da baş tutub.

İlk hissədə komandaların rəqib qapısına yol tapmaq istəyi baş tutmayıb. 45 dəqiqənin sonunda tərəflər paltardəyişmə otağına qolsuz bərabərliklə yollanıb.

İkinci hissədə eyni ssenari ilə davam edib. 90 dəqiqənin sonunda sevinən tərəf olmayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bərabərlik sayəsində aktivinə 1 xal yazan Robert Prosineçkinin komandası xal hesabını 5-ə çatdırıb. Belə olan halda Xorvatiya 15 xalla qrup liderliyini qoruyub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 6-da Malta yığmasına qarşı keçirəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button