Idman

Türkiyə qələbəni uzatma dəqiqəsində əldən verdi

Türkiyə qələbəni uzatma dəqiqəsində əldən verdi“Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar keçirilib.

A qrupunun lideri İslandiya səfərdə Hollandiya millisi ilə qarşılaşıb. Qrup ikincisi Çexiya öz meydanında autsayder Qazaxıstanı sınağa çəkib. Hesabda geri düşən çexlər fasilədən sonra iki qol vurmaqla görüşdən qalib ayrılıb – 2:1.

Türkiyə millisi isə evdə Latviya ilə qüvvəsini sınayıb. Qrupdan çıxmaq şanslarını saxlayan Fatih Terimin komandası bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin 77-ci dəqiqədə hesabı açan Türkiyə millisi oyuna əlavə edilmiş 1-ci dəqiqədə qapısında top görüb – 1:1.

B qrupunun lideri olan Uels səfərdə Kiprin qonağı olub. Qaret Beylin vurduğu yeganə qol Uels liderliyini daha da möhkəmləndirib. İsrail yığması aktivində xalı olmayan Andorranı qəbul edib. Rəqibinə 4 cavabsız qolla qalib gələn İsrail yığması xalını 13-ə yüksəldib.

Qrup ikincisi Belçika isə doğma meydanda Bosniya və Hersoqavina yığması ilə qarşılaşıb. Matçın 15-ci dəqiqəsində Edin Dzeko qonaqları hesabda önə keçirib. Lakin matçın sonrakı dəqiqələrində 3 qol vuran belçikalılar görüşdən 3 xalla ayrılıb.

Qeyd edək ki, C, D, E, F, G və İ qruplarının oyunları sabah və şənbə günləri keçiriləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button