Idman

“Rövnəq Abdullayev dedi ki, “ürəyimdən tikan çıxdı””

“Rövnəq Abdullayev dedi ki, “ürəyimdən tikan çıxdı””Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə 0:0-lıq heç-heçə edən millimizin yarımmüdafiəçisi Rəşad Sadiqov maçtdan sonra jurnalistlərə açıqlama verib.

Savash.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, millimizin üzvü baş məşqçi Robert Prosineçkini tərifləyib. Sadiqov bildirib ki, xorvat mütəxəssis komandamızı oyuna yaxşı motivasiya edə bilib: “Prosineçki yaxşı məşqçidir və bizi oyuna yaxşı motivasiya etmişdi. O bildirmişdi ki, biz rəqibdən zəif deyilik. Pis oynamadıq və 0:0 heç-heçə etdik. Oyundan sonra baş məşqçi bizə təşəkkürünü bildirdi. Artıq 3 oyundur ki, qol buraxmadan xallar qazanırıq. 1 qələbə, 2 heç-heçə. Belə davam etsək. yaxşı olacaq”.

Yarımmüdafiəçi oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayevin soyunub-geyinmə otağında futbolçularla görüşündən də danışıb: “Rövnəq Abdullayev bizi təbrik etdi. Bildirdi ki, qisasımızı ala bilməsək də, ürəyimdən tikan çıxardınız”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button