Idman

Bu qadın Ronaldunu aldatdı, 300 min DOLLARINI APARDI – Məhkəmə

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu dələduzluq qalmaqalının qurbanı olub. 

Məlumatı “Sports Manor” yayıb.

Mənbənin məlumatına görə, 2021-ci ildə baş verən hadisənin üstü açılıb və günahkar artıq həbs olunub. Səyahət agentliyi tərəfindən şəxsi təyyarə və dəbdəbəli istirahət vədləri ilə aldadılan Ronaldu 300 min dollar ziyana düşüb. Lakin hadisənin qurbanı təkcə Kriştianu olmayıb. Belə ki, keçmiş futbolçusu Luis Nani və məşqçi Xorxe Mendeş də aldadılanlar arasında olub.

Məşhur futbol adamlarını 53 yaşlı Mariya Silva adlı qadın aldadıb. “Biznes”i ifşa olunan Mariya Silva mühakimə olunub və Porto məhkəməsi ona 4 il həbs cəzası verib.

fanat.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button