Idman

Pelenin ölüm yatağında adını çəkdiyi Maria kimdir? – Əfsanəvi futbolçu sərvətini niyə ona vəsiyyət edib…

29 dekabr 2022-ci ildə düz bağırsağın xərçəngindən vəfat etmiş əfsanəvi futbolçu Pele vəsiyyətində təkcə yeddi rəsmi övladından deyil, həm də 1980-ci illərdə qeyri-rəsmi münasibətdə olduğu qadından olan Maria do Socorro Azevedo adlı qız övladından bəhs etmişdi.

Sfera.az bildirir ki, əgər DNT testləri müsbət nəticələnərsə, o zaman Maria do Socorro Azevedo məşhur futbolçunun sərvətinin müəyyən bir hissəsini alacaq.

“Pele vəsiyyətində onun qızı ola biləcək Maria do Socorro Azevedodan bəhs edib və DNT testi atalığını təsdiqləyərsə, var-dövlətinin bir hissəsini ona vəsiyyət edib. Görünür, Pele bu vəsiyyətdən ailəsini başqa bir varis haqqında məlumatlandırmaq üçün istifadə edib”, deyə Pele ailəsinə yaxın mənbə bildirib.

Daha əvvəl isə məlum olmuşdu ki, Pelenin övladlığa götürdüyü qızı Jemima Lemos Makmahon da Pelenin varisi elan olunması üçün Braziliya məhkəmələrinə ərizə verib. Qeyd edək ki, Jemimanın anası Assuriya Pelenin ikinci həyat yoldaşı idi.

Ancaq sağlığında futbol əfsanəsinə çevrilən futbolçunun sərvəti çoxsaylı varislərə çatacaq qədər böyük deyil. İddialara görə, onun sərvəti 12 ilə 75 milyon funt sterlinq civarında qiymətləndirilir.

Xatırladaq ki, əfsanəvi futbolçu üç dəfə evlənib. Bu evliliklərdə onun yeddi övladı olub. Oğlu Edinyo da futbolçudur.

Aynil

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button