Idman

\”Qalatasaray\” və \”Mançester Siti\” uduzdu, \”Real\”dan darmadağın

"Qalatasaray" və "Mançester Siti" uduzdu, "Real"dan darmadağınBu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib.

A qrupunda Madrid “Real”ı “Şaxtyor”u darmadğın edib – 4:1, PSJ isə “Malmö”yə qalib gəlib.

B qrupunda “Mançester Yunayted” səfərdə PSV-yə məğlub olub. Qrupun digər matçında isə “Volfsburq” Moskva MOİK-ini udub – 1:0.

Azərbaycanlı azarkeşlər üçün gecənin ən maraqlı qarşılaşması C qrupunda baş tutub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Atletiko” ya yenilib. ÇL-in debütantı “Astana” isə “Benfika” səfərindən məğlub dönüb – 0:2.

Gecənin digər maraqlı qarşılaşması D qrupunda “Mançester Siti” və “Yuventus” komandaları arasında keçirilib. Son finalçı və İtaliya A seriyasının cari mövsümündə özünə bənzəməyən “Yuve”nin İngiltərədə hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Görüş \”qoca sinyora\”nın qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə “Sevilya” Münhenqladbax “Borussiya”sını udub – 3:0

15 sentyabr

A qrupu
PSJ (Fransa) – “Malmö” (İsveç) – 2:0
Qol: Di Maria, 4, Kavani, 61

“Real” (Madrid, İspaniya) – “Şaxtyor” (Ukrayna) – 4:0
Qol: Benzema, 30, Ronaldo, 57 (pen.) 63 (pen.), 81

B qrupu
PSV (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) – 2:1
Qollar: Moreno, 45+2, Narsinq, 57 – Depay, 41

“Volfsburq” (Almaniya) – MOİK (Rusiya) – 1:0
Qol: Draksler, 40

C qrupu
“Benfika” (Portuqaliya) – “Astana” (Qazaxıstan) – 2:0
Qollar: Qaytan, 51, Mitroğlu, 62

“Qalatasaray” (Türkiyə) – “Atletiko” (İspaniya) – 0:2
Qol: Qrizman, 17, 25

D qrupu
“Mançester Siti” (İngiltərə) – “Yuventus” (İtaliya) – 1:2
Qol: Kyellini, 57 (öz qapısına) – Mancukiç, 70, Morata, 81

“Sevilya” (İspaniya) – “Borussiya” (Münhenqladbax, Almaniya) – 3:0
Qol: Qameyro, 47, Baneqa, 66, Konoplyanka, 84

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button