Idman

“Qəbələ” qrup mərhələsindəki ilk oyununda 1 xal qazandı

“Qəbələ” qrup mərhələsindəki ilk oyununda 1 xal qazandı UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir. APA-nın məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ” Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Tarixində ilk dəfə Avroliqanın qrupuna düşən milli çempionatınımızın bürünc mükafatçısı bu mərhələnin ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. “Qəbələ” qrup mərhələsindəki ilk oyununda heç-heçə oynayaraq (0-0), 1 xal qazanıb.

“Qəbələ” qrup mərhələsinə qədər təsnifat mərhələsində uğurlu çıxış göstərərək “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdırıb.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

17 sentyabr

“Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan) – 0:0

Bakı. “Bakcell Arena”

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button