Idman

“Qarabağ” Türkiyə nəhənginin hücumçusunu alır – FOTO

“Qarabağ” Qvineya millisinin futbolçusu Fode Koyta üçün Türkiyə klubu “Trabzonspor”a yeni təklif göndərib.

Savash.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddiaya əsasən, mövsümün əvvəlindən 33 yaşlı hücumçunun keçidində maraqlı olan Azərbaycan təmsilçisi yayda bu transferi reallaşdırmaq niyyətindədir. İcarə əsasında Super Liqanın digər komandası “Kasımpaşa”da çıxış edən Koytanı “Trabzonspor” rəhbərliyi də satmağı planlaşdırır.

Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button