Idman

Ronaldo “Əl Nəsr”dən AYRILIR – Avropadakı klubu da BİLİNİR

Portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu daha Səudiyyə Ərəbistanı çempionatında oynamaq istəmir.

Savash.org xəbər verir ki, informasiyanı “El Nacional” yayıb.

Mənbənin məlumatına görə, 38 yaşlı futbolçu 2023-cü ilin əvvəlində azad agent kimi anlaşdığı “Əl Nəsr”dən ayrılmaq qərarına gəlib. O, karyerasının ən yaxşı illərini keçirdiyi “Real Madrid”ə qayıtmaq istəyir. Lakin “Kral klubu”nun bossları portuqaliyalını futbolçu kimi transfer etmək istəmir. “Real”ın prezidenti Florentino Peres Ronalduya səfir kimi və ya rəhbərlikdə yer təklif etməyə hazırdır.

Kriştianunun “Əl Nəsr”lə müqaviləsi 2,5 illikdir. Portuqaliyalının maaşı mövsümə 200 milyon avrodur.

fanat.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button