Idman

“Qarabağ” bu xəbərlə sarsıldı

“Qarabağ” bu xəbərlə sarsıldıAvropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə keçiriləcək son oyuna hazırlıqlarını davam etdirən “Qarabağ”da zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Savash.org xəbər verir ki, klubun həkimi Murat Şahinoğlunun “apasport.az”a açıqlaması “Qarabağ” azarkeşlərinin heç də ürəyincə olmayacaq. Çünki həkim braziliyalı futbolçular Reynaldo Silva və Danilo Diasın bu qarşılaşmanı da buraxacaqlarını bildirib: “Reynaldonu “İnter”lə oyuna yetişdirə bilmədik. Braziliyalı hücumçu üçün, ümumiyyətlə, il başa çatıb. Dias da “İnter”lə görüşü buraxacaq. O, çempionatın son iki turunda oynaya bilər. Bədavi Hüseynovun durumu isə o qədər də ciddi deyil. Yəqin ki, avrokubok matçında iştirak edə biləcək”.

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button