Idman
Messini dopinqə görə yoxladılar, onu gülmək tutdu
Dekabrın 8-də \”Barselona\”nın məşq bazasına gözlənilməz qonaqlar təşrif buyurub.
İspaniya Antidopinq Komitəsinin nümayəndələri qəflətən Kataloniya klubunun bazasında görünüblər. Onlar \”Barsa\”nın 5 futbolçusunu – Lionel Messi, Andres İnyesta, Xordi Alba, İvan Rakitiç və Klaudio Bravonu analiz verməyə dəvət ediblər.
Maraqlıdır ki, Antidopinq Komitəsinin nümayəndələri təkcə \”Barselona\”nın lideri Lionel Messini dopinq-tesdən keçiriblər.
Messi öz İnstagram hesabında olaya istehzalı münasibət bildirib: \”Dopinq-test günü. Yoxlanışa 5 futbolçu çağırsalar da təkcə məndən analiz götürdülər. Qəribədir. Gülməlidir\”.
Loading...