Idman
“Eyni epizod Bayerin qapısı qarşısında olsaydı, …?” – Qurban Qurbanovdan hakimə ETİRAZ

“Hakim penaltini verməyə də bilərdi. Maksim epizodu görmürdü. Oyunun sonları. Üstəlik bu qədər azarkeş qarşısında”.
Savash.org xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunun əlavə olunmuş vaxtında komandanın qapısına təyin edilmiş penaltiyə münasibət bildidrərkən deyib:
“Eyni epizod Bayerin qapısı qarşısında olsaydı, penalti təyin edərdimi? 50/50-yə olan epizod idi. Belə məqamlarda hakimlər adətən böyük komandaların lehinə qərar çıxarır. Futbolda belə hallar çox olur. Çox görmüşük. İstənilən halda futbolçularıma təşəkkür edirəm. Var gücləri ilə mübarizə apardılar”.