Idman

\”Bakıda qeydə alınacaq bərabərlik \”Qarabağ\”ı 1/8 finala yüksəldəcək\” – AÇIQLAMA

"Bakıda qeydə alınacaq bərabərlik "Qarabağ"ı 1/8 finala yüksəldəcək" - AÇIQLAMA\”Futbolçular anlayırlar ki, \”Sent-Etyen\”lə oyunda xarakter göstərmək lazımdır. Necə oynacağımız başqa sualdır, ancaq qrupun son matçında yaxşı çıxış etməliyik\”.

Sportarena.az xəbər verir ki, bu sözləri \”Dnepr\”in baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsinin VI turunda qarşılaşacaqları \”Sent-Etyen\”lə oyunöncəsi klubun rəsmi saytına açıqlamasında deyib.

Fransa təmsilçisinin \”heç-heçələr komandası\” olmasına münasibət bildirən təcrübəli mütəxəssis bu günkü görüşdə hər iki klubun qələbə üçün oynayacağını vurğulayıb: \”Sent-Etyen\”in heç-heçəyə oynayıb-oynamayacağını matç göstərəcək. İstənilən halda onlar da bizim kimi qələbə qazanmalıdırlar. Çünki Bakıda qeydə alınacaq bərabərlik \”Qarabağ\”ı 1/8 finala yüksəldəcək. \”Sent-Etyen\” Fransa Liqasının son turlarında qələbə qazanır. Hazırda yaxşı formadadırlar. Ümid edirəm ki, futbolçularım sabah özlərini yaxşı tərəfdən göstərəcəklər\”.

Qeyd edək ki, \”Dnepr\” klubunun Avropa Liqasının 1/8 finalına yüksəlməsi üçün \”Sent-Etyen\”lə görüşdə qələbə qazanılmalı, \”Qarabağ\” isə \”İnter\”lə oyunda xal itirməlidir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button