Idman

“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək

“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcəkAvropa Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşan “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır.

Savash.org-un apasport.az-a istinadən məlumatına görə, Ağdam təmsilçisinin meneceri Asif Əsgərov bildirib ki, qitə futbol qurumuna müraciətə səbəb italiyalılarla görüşün son dəqiqələrində vurduqları təmiz qolun çexiyalı baş hakim Mioslav Zelinka tərəfindən hesaba alınmamsıdır: “UEFA-ya müraciət etməyi planlaşdırırıq. Bu məqsədlə klubun vitse-prezidenti Tahir Gözəl və baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransı keçirəcək”.

Əsgərov bildirib ki, mətbuat konfransı bu gün saat 13:00-da keçiriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button