Idman

\”…illərlə yadımızdan çıxmayacaq\” – Rəşad Sadıqov

"...illərlə yadımızdan çıxmayacaq" - Rəşad Sadıqov\”Hamımıza zənglər gəlirdi ki, bəs hakim niyə belə etdi? Baş kakim epizoda çox yaxın idi. O, 15 saniyə yan xətt hakiminin nə dediyini anlaya bilmirdi. Sonradan necə oldusa, yan xətt hakimi onu başa saldı ki, qol oyundan kənar vəziyyətdən vurulub\”.

Qol.Az-ın məlumatına görə, bu sözləri \”Qarabağ\” klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin son turunda 0:0 bərabərə qaldıqları \”İnter\”lə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

R.Sadıqov son dəqiqələrdə Riçard Almeydanın vurduğu qolun qeydə alınmamasının onlara çox pis təsir etdiyini bildirib: \”Bəlkə də, belə fürsət mənim üçün bir də olmayacaq. Əlimizdən gələn hər şeyi etdik. Qalib gəlmək üçün çox istəkli idik. Lakin alınmadı. Söz tapmıram danışmağa. Çox deyirdilər ki, \”Qarabağ\”ın artıq iki heyəti var. Ancaq bu oyunda meydana buraxmağa futbolçumuz yox idi. Meydançaya müdafiəçi daxil olurdu. Braziliyalıların hesabına oynadığımızı söyləyirdilər. Amma braziliyalılardan cəmi bir nəfər qalıb. Heyətimizdə də çox problemler var. \”Neftçi\” ilə oyunda da, bu görüşdə məcburiyyətdən eyni heyətlə oynayırdıq. Dəyişiklik etməyə imkanlarımız olmadı. Amma fikirləşirəm ki, bu görüşdə çox ağıllı oynadıq.

Bilirdik ki, \”İnter\”in gənc oyunçuları məşqçiyə özlərini sübut etməyə çalışacaqlar. Biz də ağıllı oynayaraq, rəqibi əks hücumda yaxalamağa çalışırdıq. Yaxşı hücumlarımız da oldu. Rəqib isə əksinə qapımıza heç bir hücum edə bilmədi. Bəlkə də, qol olmasaydı adam bu qədər heyfslənməzdi. Qolun qeydə alınmaması bizi çox məyus etdi. Bəlkə də həmin epizod illərlə yadımızdan çıxmayacaq. Bəlkə də Azərbaycan klublarının heç belə bir şansı olmayacaq. \”İnter\”in futbolçusu da matçdan sonra deyirdi ki, həmin epizodda oyundan kənar vəziyyət yoxdur. Mən də baş hakimə yaxınlaşdım ki, özləri deyirlər ki, təmiz qoldur. Amma artıq qərar dəyişə bilməzdi. Bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Bu qədər təzyiq qarşısında belə bir adlı-sanlı komandaya qarşı lazım olan oyunu oynadılar və sonacan mübarizə apardılar. Bu qrupda keçirdiyimiz ən yaxşı oyun idi\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button