Idman

Almeyda: \”Hakimi vurmaq üçün əllərim gicişirdi…\”

Almeyda: "Hakimi vurmaq üçün əllərim gicişirdi..."“Paltardəyişmə otağında hər kəs əsəbi idi”.

Paltardəyişmə otağında ofsayd qərarı verən yan xətt hakimini gördüm. Onu vurmaq üçün əllərim gicişirdi. Lakin karyeramı korlamamaq və ciddi cəza almamaq üçün divara zərbə endirdim.

Savash.org qol.az-ə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirilən oyundan sonra (0:0) deyib.

Braziliyalı futbolçu matçın son dəqiqələrində vurduğu qolun baş hakim tərəfindən qeydə alınmamasına belə münasibət bildirib:

“Paltardəyişmə otağında hər kəs əsəbi idi. Çünki bir nəfərin axmaq səhvi bütün əziyyətimizi heçə endirdi. Qələbəmiz oğurlandı.

Hakim belə qərar verdi. Çünki “İnter\” dünyanın nəhəng klublarından biridir. Kiçik komandaların böyük klublara qalib gəlməsinə icazə verilməyəcək. Həmin səhv olmasaydı, biz “Qarabağ” və Azərbaycan futbolunda tarix yazacaqdıq. Təəssüf ki, futbol belədir”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button