Idman

Erməni saytları da \”Qarabağ\”a qarşı edilmiş haqsızlıqdan yazdılar

Erməni saytları da "Qarabağ"a qarşı edilmiş haqsızlıqdan yazdılar“Qarabağ” klubunun “İnter” (Milan) üzərində əldə etdiyi qələbənin qeydə alınmaması dünyanın aparıcı idman agentlikləri və saytlarının əsas xəbərinə çevrildi. Bunun səbəbləri barədə müzakirələr hələ də davam edir və əcnəbi jurnalistlər birmənalı şəkildə qeyd edirlər ki, “Qarabağ”a qarşı görünməmiş haqsızlığa yol verilib.

Araşdırma nəticəsində məlum olub ki, “Qarabağ”ın ədalətsizliklə üzləşdiyini erməni idman saytları da yazır. Diqqətçəkən məqam odur ki, bu xəbərlərdə komandanın adı təmsil etdiyi ölkənin adı ilə yanaşı çəkilir. Əvvəllər “Qarabağ”la bağlı UEFA xəbərlərindən belə ölkəmizin adını çıxaran erməni saytları artıq komandamızı “Qarabağ”-Azərbaycan” kimi təqdim edir. Görünür ermənilər anlamağa başlayıblar ki, xəbərlərdən silməklə dünyanın böyük idman arenalarının yuxarı başında yazılan QARABAĞ-AZƏRBAYCAN həqiqətini gizlətmək, inkar etmək mümkün deyil.

Armfootball.com, news.am kimi saytlar “Qarabağ”ın üzləşdiyi haqsızlığa görə UEFA-ya şikayət edəcəyinə dair xəbərləri də yayımlayıblar. Qurban Qurbanovun fotoları ilə yayımlanan bu xəbələrdə də qeyd olunur ki, Azərbaycan klubunun italyanların qapısından keçirdiyi qol çexiyalı hakim tərəfindən qeydə alınmayıb. – azerfax.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button