Idman

\”Neftçi\” UEFA-dan gələn pulla avtobus aldı

"Neftçi" UEFA-dan gələn pulla avtobus aldıAvropa Liqasında çıxışı qarşılığında \”Neftçi\”yə UEFA tərəfindən verilmiş mükafata avtobus alınıb. Bu barədə klubun vitse-prezidenti Elnur Məmmədov məlumat verib.

E.Məmmədovun sözlərinə görə, həmin avtobus aşağı yaş qrupları üzrə komandaların ixtiyarına veriləcək: \”Bu yaxınlarda avrokuboklara görə pul gəlmişdi. Klub prezidenti Sadıq Sadıqovun göstərişi ilə bu pullarla yeni avtobus alındı. Həmin avtobusu aşağı yaş qruplarına təqdim edəcəyik. Bu, bir daha onu göstərir ki, əsas komandanın çıxışından əldə olunan gəliri uşaq futboluna yönəldirik ki, gələcəkdə yaxşı komanda olsun\”.

Qeyd edək ki, 2014/15 mövsümündə \”Neftçi\” Avroliqanın pley-off mərhələsində iştirakına görə 420 min avro mükafat alıb (Report.az).

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button