Idman

Futbolçular qəzaya düşdü: 4 nəfər öldü

Futbolçular qəzaya düşdü: 4 nəfər öldü
Zambiyada futbolçuların olduğu avtobus qəzaya düşüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Zambiya Futbol Federasiyası rəsmi məlumat yayıb. Federasiyadan bildirilib ki, \”Zesko Yunayted\” klubunun mikroavtobusu \”cip\”lə toqquşub. Kabve şəhərindən paytaxt Lusakadaki milli komanda düşərgəsinə gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində 4 nəfər ölüb.

Milli komandanın 2015-ci il Afrika Millətlər Kuboku heyətində yer alan 3 futbolçusu isə xəsarət alıb. 2012-ci il Afrika Millətlər Kuboku çempionu olan Zambiya millisinin heyətində də yer alan Mulenqanın sağ ayağı qırılıb. Xəstəxanaya aparılan Kalale və Çakavanın isə həyati risklərinin olmadığı ifadə edilib.

Qeyd edək ki, Zambiya millisinin futbolçuları Nyambe Mulenqa, Çanqve Kalale və Satçmo Çakava millinin heyətindən çıxarılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button