Idman

Baş hakimi \”döyən\” referi – \”Onu Allaha tapşırıram\”

Baş hakimi "döyən" referi - "Onu Allaha tapşırıram"2015-ci ildə Azərbaycanı FİFA referisi kimi təmsil edəcək hakimlərin adları açıqlanıb.

Publika.az xəbər verir ki, gələn il də 3 beynəlxalq dərəcəli referimiz olacaq.

Əslində, 4 hakimimizin adı ali futbol qurumuna göndərilmişdi. Lakin bir ildən çoxdu Azərbaycan Premyer Liqasına təyinat almayan Anar Salmanovun adı bu dəfə qəbul edilməyib. Əvəzində Orxan Məmmədov FİFA dərəcəsi alıb. Gələn il beynəlxalq arenada ölkəmizi təmsil edəcək digər hakimlər isə bu il olduğu kimi, Əliyar Ağayev və Rəhim Həsənovdu.

Bü xəbərdən təsirlənən Anar Salmanov AFFA-ya yollanaraq Xaqani Məmmədovla söz davasına çıxıb. Hətta onların əlbəyaxa olduğu da deyilir. Məsələni aydınlaşdırmaq üçün Anar bəylə əlaqə saxladıq. Publika.az-a danışan sabiq FİFA referisi AFFA-ya getdiyini təsdiqlədi:

“Bəli, bu məsələyə aydınlıq gətirmək üçün AFFA-ya getmişəm. Xaqani Məmmədovla mübahisəmiz oldu. Amma dava-dalaş boş söhbətdi. Elə şey olmayıb. Sadəcə ona bir-iki sualım vardı.

Bünü özümə qarşı konkret qərəz hesab edirəm. Xaqani müəllim səbəb kimi ilyarım Azərbaycan Premyer Liqasında təyinat almamağımı göstərir. Amma mənə iki ay əvvəl demişdi ki, sənin adını FİFA-ya göndərilən siyahıda üçüncü yazmışam. İndi məlum olur ki, adım dördüncü olub. Mənim yerimə cəmisi 1 il hakimlik edən Orxan Məmmədovun adını yazıb.

Heç cür başa düşə bilmirəm. İkinci kateqoriyanı almaq üçün nə əziyyətlər çəkmişəm. Amma Xaqani kimilər hakimliyi məhv etmək istəyir. Yeri gələndə Orxan bir ildə iki dəfə “iki”alıb. Necə olur ki, onun adı FİFA-ya göndərilir? Bunu mənə başa salsın da.

Xaqani Məmmədovun şəxsi-qərəzliyi Azərbaycan hakimliyini 10 il geri salacaq. Onu Allaha tapşırıram”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button