Manşet-3

İstanbuldan İrəvana gizli uçuşlar həyata keçirilir

İstanbuldan İrəvana gizli uçuşlar həyata keçirilirSon günlər Türkiyə – Ermənistan münasibətlərinin istiləşməsi bu iki ölkədə olduğu kimi Azərbaycanda da yaxından izlənilir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşavir təyin etməsi, ardınca Ankara Universitetində reallaşan “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” konfransını bəzi ekspertlər bu iki ölkə arasındakı diplomatik münasibətlərin normallaşması isitqamətində atılan addım kimi dəyərləndirir.

Azxeber.com-a daxil olan məlumata görə, bu günlərdə bir qrup jurnalist Türkiyədən Ermənistana reportaj hazırlamaq məqsədilə səfər edib. Ən maraqlısı isə odur ki, onların bu səfəri İstanbul Atatürk hava limanından birbaşa reyslə həyata keçirilib.

Məlumata görə, İstanbuldan İrəvana uçuş həyata keçirən şirkət \”AtlasJet\” imiş. Uçuş hər həftənin bazar günü axşam saatlarında həyata keçirilir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button