Manşet-3

Mirşahin illər sonra akademik Cəlal Əliyevin onu söyməsini xatırlayıb niyə qəzəbləndi? – VİDEO

Mirşahin illər sonra akademik Cəlal Əliyevin onu söyməsini xatırlayıb niyə qəzəbləndi? - VİDEO
\”Məni bir akademikin adı ilə söyən adamlar bir şeyi anlamır ki, akademik məni bir dəfə, amma bu adamlar yüz min dəfə söyüb”.

Bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib. O bildirib ki, bu barədə ilk dəfə danışır:

\”Məni bir akademikin adı ilə daha çox söyürlər. Tamaşaçılar cavandır. Əksəriyyəti müstəqillik dövründə dünyaya gəlmiş insanlardır və onlar bəlkə də məni heç tanımırlar. Onlar bizim keçmişimizdən xəbərdar deyil”.

Mir Şahin vurğulayıb ki, o, elə-belə jurnalist deyil:

\”Mən 25 il bundan öncə Gəncə hadisələrini, Azərbaycan dövlətinin neçə parçalandığını, bizim vətəndaşlarımızın bir-birini necə qırdığını, Şimal tərəfdən \”Sadval” təşkilatının nümayəndələrinin zurna çala-çala bizim sərhədi necə tapdalayıb keçdiyini görmüşəm. Vahid Mustafayevlə mən o kütlənin ayağının altında qalmışıq. Bizi Dərbəndə əsir aparıb Rus Dram Teatrında 8 saat girov saxlayıblar. Mən Qarabağda gedən döyüşlərdə olmuşam. Və mən bu dövlətin nə boyda çətinliklər, əzab-əziyyətlər bahasına formalaşdığının şahidiyəm. Nə vaxtsa mən ölüb gedəcəm. Amma Azərbaycan jurnalistikası tarixində bapbalaca bir cümlə də olsa, adım yaşayacaq. Məni söyənlər o cümləyə hörmət etməyən insanlardır. Allah onların canını salamat eləsin!”. (Kult.az)

Savash.org xatırladır ki, Mirşahinin ad çəkmədən \”məni bir akademikin adı ilə söyürlər\” deyərkən mərhum akademik Cəlal Əliyevin onun haqqında Milli Məclisin iclasında etdiyi tarixi çıxışı nəzərdə tutur. Həmin kadrları diqqətinizə çatdırırıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button