Manşet-3

Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışam

Xoşqədəm maaşının azlığından şikayətləndi: İşlədiyim TV-lərə milyonlar qazandırmışamTanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı aylıq gəlirindən danışıb.

Savash.org xəbər verir ki, o, aparıcısı olduğu \”Səni axtarıram\” verilişində bildirib ki, 3 il öncəyə qədər min manat məvacib alırmış:

\”İşlədiyim telekanallara milyonlar qazandırmışam. Amma aparıcı kimi məvacibim əvvəlcə 500, sonra 600, ardınca isə 1000 manat olub. Yalnız \”Xəzər\” televiziyasına gəldikdən sonra daha yüksək maaş almağa başladım. Halbuki müəllifi olduğum layihəni telekanallara satsaydım, milyonlar qazanardım\”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı \”Xəzər\” televiziyasından öncə ATV və ANS-də çalışıb.

/ölkə.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button