Manşet-3

«Azpetrol» şirkətlər qrupunun sabiq şefi qardaşının dəfninə niyə gəlmədi?

«Azpetrol» şirkətlər qrupunun sabiq şefi qardaşının dəfninə niyə gəlmədi?Məlum olduğu kimi, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ailəsinə ağır itki üz verib. Belə ki, F.Əliyevin kiçik qardaşı 45 yaşlı Əliyev Sudeif Şölət oğlu iki gün öncə qəflətən vəfat edib. Mərhumun ürək ağrılarından əziyyət çəkdiyi bildirilir.

Baş vermiş hadisədən sonra hazırda Avropada yaşayan Fərhad və Rafiq Əliyevlərin vətənə dönəcəyi, dəfn mərasimində iştirak edəcəkləri gözlənilən idi. Amma qardaşının dəfnində iştirak etmək üçün Londondan Azərbaycana gələn Fərhad Əliyevdən fərqli olaraq onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun sabiq prezidenti Rafiq Əliyev bu addımı atmayıb.

Bununla bağlı Savash.org-a sızan məlumata görə, Rafiq Əliyevin qardaşının dəfn mərasiminə qatıla bilməməsi səhhətindəki problemlərlə bağlı olub. Mənbəmizin sözlərinə görə, son vaxtlar səhhətində ciddi problemlər aşkarlanan “Azpetrol”un sabiq şefi hazırda həkim nəzarətindədir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button