Manşet-3

“Gültəkin Hacıbəyli ərindən qisas almaq istəyirdi” – Filippinli dayə söhbəti

“Gültəkin Hacıbəyli ərindən qisas almaq istəyirdi” - Filippinli dayə söhbəti“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sabiq deputat Gültəkin Hacıbəylini məhkəməyə verəcək.

Virtualaz.org saytı xəbər verir ki, Mehriban Zeynalova bunu bu gün – fevralın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, sabiq deputat sosial şəbəkədə yazdığı “Adını “Təmiz dünya” qoyub, çirkli işlərlə məşğul olmaq necə asanmış…” statusuna görə cavab verməli olacaq: “Gültəkin Hacıbəyli mənim şərəf və ləyaqətimə zərər gətirən məlumatlar, fikirlər yazılmasına şərait yaradıb”.

M.Zeynalova fevralın 3-də aznews.az saytında dərc olunmuş “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazıya görə saytı və onun rəhbərliyini də məhkəməyə verəcək: “Hazırda sənədlər hazırlanır. Həm Gültəkin Hacıbəyli, həm də saytın rəhbərliyinə qarşı təzminat davası açacağıq. Onlar yazdıqlarını sübut etməlidir”.

M.Zeynalova adı həmin yazıda çəkilən Filippin vətəndaşı Fe Diaz Lliantonun könüllü olaraq ölkəsinə qayıtmaq istədiyini də açıqladı: “Birincisi, yazıda Fe Diaz Lliantodan açıqlama aldıqlarını yazırlar. Lakin Fe Diaz Lliantonun bacısı dünyasını dəyişib və o, xeyli vaxtdır sosial şəbəkədən istifadə etmir. Bundan əlavə, saytın əməkdaşı mənimlə söhbətində yazını redaksiyaya hazır göndərildiyini dedi”.

Hüquq müdafiəçisinin fikrincə, dayə ilə bağlı məsələni bir qrup şəxs bilərəkdən qabartmaqla insan alveri sahəsində görülən işlərə xələl gətirmək niyyətini güdürlər: “Dayəni gətirən şəxs Gültəkin Hacıbəylinin keçmiş baldızıdır. Gültəkin Hacıbəyli Filippin vətəndaşından istifadə edərək keçmiş ərindən və baldızından qisas almaq istəyib. O, dəfələrlə mənimlə görüşmək istəyib. Mən isə Gültəkin Hacıbəyli ilə görüşməkdən imtina etmişəm. Azərbaycanda indiyədək insan alverinin qurbanı olmuş 70-ə yaxın əcnəbi şəxs aşkarlanıb. Polşada üç azərbaycanlı qadın insan alverinin qurbanı olmuşdu. Niyə Gültəkin Hacıbəyli indiyədək o insanlardan birinin problemləri ilə məşğul olmayıb? Bir dəfə də olsa Milli Məclisdə insan alveri qurbanlarını gündəmə gətirmədi”.

M.Zeynalova qeyd etdi ki, DİN-in Baş Pasport və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10.06.2013-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində Filippin vətəndaşı, 13.08.1985-ci il təvəllüdlü Fe Diaz Llianto Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 35, mənzil 16 ünvanında müəyyən edilib. O, üzərində zorakılıq əlamətləri olması və azadlığının məhdudlaşdırılaraq işlərin yerinə yetirilməsinə məcbur edilməsi barədə verdiyi məlumatlar əsasında insan alveri cinayətinin qurbanı olmasının müəyyən edilməsi məqsədi ilə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib.

11.06.2013-cü il tarixdə Llianto Fe Diaz İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək qeyd olunan ünvanda məcburi əməyə məruz qaldığını bildirib. Faktla bağlı 25.06.2013-cü il tarixdə istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Fe Diaz Lliantonun qanunvericilikdə müəyyən edilmiş qaydada 24.03.2014-cü il tarixədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq hüququ əldə etməsi təmin edilib. Daha sonra həmin müddət 14.11.2015-ci il tarixədək uzadılıb.

İlkin mərhələdə zərərçəkmişin müdafiəsi “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Reabilitasiya və reinteqrasiya işinə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi cəlb olunub və zərərçəkmiş həmin təşkilatın sığınacağında yerləşdirilib.

Sığınacaqda yaşadığı müddətdə Llianto Fe Diazın hərəkət sərbəstliyi təmin edilib, mobil telefon vasitəsilə istədiyi şəxslə əlaqə yaratmaq imkanı olub. Bundan əlavə, dayəyə hər ay 400 manat ödənilib. Onu deportasiya etməyiblər. Fe Diaz Llianto öz xahişi ilə ölkəsinə qaytarılıb”.

M.Zeynalova qeyd etdi ki, birinci məhkəmədən sonra qarşı tərəf Fe Diaz Lliantoya 5 min manat ödəmək istəyib: “Lakin bəzi şəxslər onu şirnikləndirərək 5 min manatı almasına mane olublar. Fe Diaz Lliantoya dedilər ki, Avropa Məhkəməsinə müraciət edəcəyi təqdirdə daha çox kompensasiya ala biləcək. Dayə də məhkəmənin çıxardığı hökmlə razılaşmayaraq 05.06.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlayıb”.

Hüquq müdafiəçisi söylədi ki, Fe Diaz Llianto 06.01.2015-ci il tarixdə ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək öz ölkəsinə könüllü olaraq qayıtmaq istədiyini bildirib: “Onun müraciəti nəzərə alınaraq nəqliyyat və digər xərcləri tam ödənilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il, 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının repatrasiya qaydaları”na əsasən 06.01.2015-ci il tarixdə saat 17:15-də Bakı-Doha-Manila aviareysi ilə öz ölkəsinə qayıdışı təmin edilib”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button