Banklar dollar almaqdan imtina edir: “Mərkəzdən əmr gəlib ki…”
Bakıda fəaliyyət göstərən banklar dollar alışını dayandırıb.
Bu sözləri Savash.org-a hazırda əlindəki 10 min ABŞ dollarını manata çevirmək istəyən, amma banklar tərəfindən xidmət göstərilməyən oxucumuz deyir. Onun sözlərinə görə, ABŞ dollarının manata görə rəsmi məzənnəsi 1.05 civarında müəyyənləşsə də heç bir bank bu məzənnə ilə dollar qəbul etmir:
“Bir neçə saatdır ki, bankları bir-bir gəzirəm. “Atabank”, “Unibank”, “Bank of Baku”, “Kapitalbank”, və “Bank Respublika”nın müxtəlif filiallarında olmuşam. Bütün cəhdlərimə baxmayaraq, əlimdəki dolları manata çevirə bilmədim. Mənə dedilər ki, bizə mərkəzdən göstəriş verilib ki, dollar satışını dayandıraq. Amma banklarda dəllallar var ki, onlar 1 ABŞ dollarını 86-90 qəpik aralığında almağa hazır olduqlarını desələr də həmin təkliflərlə razılaşmadım. Mən əlimdəki dolları rəsmi məzənnəyə uyğun dəyişdirmək istəyirəm, amma bankların heç biri satış həyata keçirmir”.