Manşet-3

İcra başçısı sürücüsünü xanım müğənniyə zəng etdiyinə görə işdən çıxartdı – İLGİNC OLAY

İcra başçısı sürücüsünü  xanım müğənniyə zəng etdiyinə görə işdən çıxartdı – İLGİNC OLAYBeyləqan rayon icra hakimiyyətinin başçısı bu günlərdə sürücüsünü işdən azad edib. İlk baxışdan medianın xüsusi diqqətini çəkməyə layiq olmayan bu məsələnin alt qatında ilginc təfərrüatların dayandığını nəzərə alaraq mövzunu işıqlandırmağa qərar verdik. Beləliklə…

Baş vermiş olayla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, işdən azad edilən sürücünün vəzifəsini hazırda müvəqqəti olaraq Beyləqan RİH başçısının birinci müavini Telman Məstanovun sürücüsü həyata keçirilir. RİH başçısının sürücüsü isə anlaşılmaz hadisənin qurbanına çevrilib.

Daxil olan məlumata görə, icra başçısının Nəsimi adlı sürücüsünün işdən qovulmasının maraqlı tarixçəsi var. Belə ki, onun Vaqif Abdullayevin qəzəbinə gəlməsinə hələlik adını çəkmək istəmədiyimiz xanım müğənnilərdən birinə bayram ərəfəsində zəng etməsi səbəb olub.

Həmin təbrik zənginin icra başçısını niyə qəzəbləndirməsinin ilginc təfərrüatları haqda isə növbəti yazımızda daha ətraflı bəhs edəcəyik.

Növbəti yazımızda həmçinin ştatı ixtisara düşmüş Beyləqan RİH aqrar məsələlər şöbəsinin müdiri-başçının müavini Xaliq Məmmədovla başçısının arasında yaranmış ixtilafın detallarını da açıqlayacağıq.

Bizi izləməkdə davam edin. Mövzuya qayıdacağıq.
Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button