Manşet-3

Pirverdiyevin qızı, Əli Abbasovun kürəkəni, və …Texnoparkda inanılmaz firıldaqlar

Pirverdiyevin qızı, Əli Abbasovun kürəkəni, və …Texnoparkda inanılmaz firıldaqlar“Paket”dən dövlətə vergi, pensiya fonduna köçürmələr adı ilə pul tutulur, dövlət vəsaitləri talan edilir

“Pirverdiyev bilir ki, bu yaxınlarda texnoparki ondan alacaqlar. Ona görə də STP-ni yeyib dağıdır”

Bir müddət bundan əvvəl Saleh Məlikzadə adlı oxucumuzun “AzPolitika.info”ya göndərdiyi məktub əsasında ölkədə ən böyük texnopark olan Sumqayıt Texnologiyalar Parkında (STP) hökm sürən bəzi özbaşınalıqlar haqqında məlumat vermişdik. “ETİBAR PİRVERDİYEVİN ANORMAL “PAKET” SİSTEMİ” başlığı ilə dərc olunan həmin yazıda STP-də işçilərin hüqularının pozulmasından, dövlətin vəsaitinin şəxsi maraqlar əsasında dağıdılmasından söhbət açılırdı.

Xatirladaq ki, məktubda “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin nazarətində olan texnoparkda işçilərə rəsmi olaraq 200-300 maat maaş yazıldığı, “paket”lə birlikdə bəzilərinin 400 , bəzilərinin 1000 manata qədər əmək haqqı aldığı vurğulanırdı. Bunun səbəbi kimi isə rəhbərliyin özünə yaxın işçilərə 700-800 manat, başqalarına 100-200 manat “paket” verməsi göstərilirdi. ”Zavod rəhbərlərinə, bəzi söbə rəhbərlərinə və sair vəzifəli şəxslərə ayrıca “paket” gəlir. Onların “paketi” ayda 2000 manatdan 15 000-20 000 manata kimi dəyişir” –deyə məktubda qeyd olunurdu.
Bu günlərdə “AzPolitika.info”ya müraciət edən Murad Əliyev adlı başqa bir oxucumuz yuxarıda yazılanları təsdiqləməklə yanaşı bəzi başqa faktları da açıqlayıb.

“Hər alti aydan bir isçiləri ixtisar edirlər”

Daha sonra məktubda STP-də yol verilən digər qanunsuzluqlardan söhbət açılır: “Müqavilə 3-6 aylıq bağlanır. Hər altı aydan bir işçiləri ixtisar edirlər. İxtisar edəndə isə qanunlar bir yana, Allahı da unudurlar. İşçiyə heç bir xəbərdarlıq etmirlər, kompensasiya vermirlər. Harda imkansiz, adamı olmayan işçilər var, onları ixtisar edirlər. Axı qanunvericilikdə var ki, ixtisar olunmazdan əvvəl işçilərə xəbərdarlıq edilməlidir. Ona hər həftənin bir günü əmək haqqı ödənilməklə, iş axtarmaq imkanı yaradılmalıdır. Bunların heç birinə əməl olunmur. Qanunları saya salan yoxdur.

Cənab Prezident qeyd edib ki, hər bir dövlət məmuru xalqına xidmət etməlidir. Azərbaycan vətəndasına hər yerdə hörmət edilməlidir, incidilməməlidir. İndi gəlin baxaq görək, STP-də bu deyilənlərə necə əməl edirlər.

İşçiləri işə aparıb gətirən avtobusların nə pəncərəsi var, nə də kondisioneri. STP-də şüsə sexi ola-ola avtobusları normal şüşələrlə belə təmin etmirlər. Halbuki, özləri dövlətin hesabına “lüks” maşınlarda gəzirlər. İşcilər burda dərdini deməyə adam tapmır. STP-də iki icracı direktor olsa da, hec birinin qəbul günləri yoxdu”.

“STP-nin balansında olan maşınlar Pirverdiyevin villalarında və obyektlərində isləyir”

Şikayətçi məktubda Pirverdiyevin adamlarının STP-də dövlət vəsaitini dağıtdıqlarını bildirir: “STP-də izafi xərclər baş alıb gedir. Parkın ərazısi bütünlüklə betonlanıb. Amma ayrıllan pullar “yeyildiyindən”, bu iş elə keyfiyyətsiz görülüb ki, indi betonlar cat catdir. Buna görə də həmin betonları dağıdırlar, 100 minlərlə manat dövlət vasaiti “havaya sovrulur”.

Etibar Pirverdiyevə yaxın hər yerindən duran vəzifəli şəxsə xidməti maşın təsis edilib. Bu məqsədlə ayda külli miqdarda dövlət vasaiti yanacağa silinir. Sənəddə də yazırlar ki, həmin yanacaq parkın tikintisi zamani istifadə olunur.

Bundan əlavə bəzi maşınlar STP-nin balansında olsa da, burdan yanacaqla təmin edilsə də, gerçəkdə Pirverdiyevin villalarında və obyektlərində isləyir”.

“Pirverdiyevin qızı STP-də söbə müdiridir, amma onu işdə görən olmayıb”

Məktubda Etibar Pirverdiyevin yaxınları və texnoparkda həyata keçirilən maliyyə fırıldaqları ilə bağlı maraqlı iddialar irəli sürülür: “Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva STP-də söbə müdiridir. Ayda 2000 manat da maaş verilir. Daha doğrusu işə çıxmadan bu maaşı alır. Çünki onu texnoparkda bir gün də olsa görən olmayıb. Məgər onun o pula ehtiyaci var?

Bu pula nə qədər adamı ixtisar etməyib, isdə saxlamaq olardı. Pirverdiyev bilir ki, bu yaxınlarda texnoparkı ondan alacaqlar. Ona görə də STP-ni yeyib dağıdır. Bütün lazımlı maliyyə sənədləri məhv edilir. Törəmə şirkətlər vasitəsiylə pullar mənimsənilir. Bu günə qədər STP kimi boyuk təşkilatın Arxiv İdarəsi yoxdur.

Təchizat söbəsinin son bir neçə ildə dəfələrlə müdiri dəyisdirilib. Səbəb isə sadədir – müdirlərin əli ilə “yeyib” dağıtmaq və sonra izi itirmək.
STP-yə xaricdən alınan avadanlıqların qiymətləri şişirdilib, baha qiymətə sənədləşdirilir. Daxili bazardan alınan məhsullar Pirverdiyevə yaxın şəxslərdən və sirkətlərdən baha qiymətə alınır. Sonda da həmin adamlardan və sirkətlərdən mal alındığı üçün əlavə pul (bonus) alırlar”.

“Müdafiə Nazirliyinə gedən məhsullar bazar qiymətindən 2-3 qat baha satılır”

Məktub müəllifi olunan məhsulların satışında da böyük maxinasiyalara yol verildiyini iddia edir: “STP-də isrehsal edilib kənara satılan məhsulların qiymətləri də bir neçə dəfə şişirdilir. Əsasən də Müdafiə Nazirliyinə gedən məhsullar bazar qiymətindən 2-3 qat baha satılır. Bu yolla da budcəni dağıdırlar.

Texnoparka Hesablama Palatasından gələn yoxlamaları rüşvət verib, yola salırlar.

İdarəetmə bərbad vəziyyətdədir. Rəhbər vəzifələrə peşəkarlar yox, sadəcə Pirverdiyevə yaxın, tanış və qohum olan adamlar götürülür.
Daha əziyyət çəkib universitet oxumaq, savadlı olmaq, təcrübə toplamaq lazım deyil. Sadəcə Pirverdiyevin qohumu olmaq və ona salam vermək kifayətdir”.

STP-də vəzifə tutanlar: Əli Abbasovun kürəkəni, Pirverdiyevin qızının tələbə yoldaşı…

Məktubda bunu sübut etmək üçün konkret adlar da çəkilir: “Biznesin inkisafı idarəsinin rəisi var, Cəmil Qasımov. Pirverdiyevin qızının tələbə yoldaşı olub. İxtisasca hüquqsünasdır. İndi də ona vəzifə verməkdən ötrü xüsusi idarə yaradıblar. Yaşı 30-a yaxın ixtisasca hüquqşünas olan adam Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir.

Bundan əlavə Ağır Maşınqayırma Zavodunun direktoru var – Rzabəy Məmmədov. Onun da yaşı maksimum otuz olar. Deyilənə görə, Pirverdiyevin qudası Əli Abbasovun qohumu, hətta kürəkənidir.

Adi mühəndisdi, dərhal oldu iki nəhəng zavodun direktoru. Gəzəndə elə bil ki, alçaq dağları bu yaradıb. Heç kimi də saymır . Gunah onda deyil, günah belə adamları rəhbər vəzifələrə qoyub, xalqın heysiyyatı ilə oynayan Pirverdiyevdədir.

Ona görə də STP bu gündədir, idarəetməyə kimi gəldi qoyurlar”.

“Pirverdiyevin xoşuna gəlməyənlər dərhal işdən azad olunur”

Məktubda bildirilir ki, peşəkarlar, istehsalatda canın çürüdən adamlar qalır qıraqda, qohumlar vəzifəyə təyin olunur: “Heç kim burda əmək haqqı sahəsindəki anormallığı guya görmür. Əmək müfəttişliyi hara baxır?
Heç kim Pirverdiyevə yaxınlaşıb dərdini deyə bilmir. Çünki Pirverdiyevlə üzbəüz gələn adam bilir ki , üzü, xarici görünüşü, paltarı, hətta yerişi Pirverdiyevin xoşuna gəlməsə, o adam dərhal işdən azad olunacaq. Təəccüblənməyin, belə hallar STP-də bas verib”.

Sonda məktub müəllifi Prezidentdən və aidiyyatı qurumlardan texnoparkda baş verənlərlə bağlı tədbir görməyi xahiş edir: “ Mən istərdim bu məktubu ölkə rəbərliyi, aidiyyatı orqanlar oxusun və burda baş verənlərlə bağlı tədbir görsünlər. Dövlət orqanları nəyi gözləyirlər? İnsanlar artıq qanunsuzluqlardan, hüquqlarının pozulmasından boğaza yığılıb”.

Məktubda adı çəkilən şəxslərin, eləcə də STP rəhbərliyinin və cənab Pirverdiyevin də mövqeyini işıqlandımağa hazırıq. (AzPolitika.info)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button