Manşet-3

Yasamal Məhkəməsində RÜSVAYÇILIQ: İcraçı şəhid övladının şəxsiyyət vəsiqəsini oğurlayıb!

Yasamal Məhkəməsində RÜSVAYÇILIQ: İcraçı şəhid övladının şəxsiyyət vəsiqəsini oğurlayıb!Elgiz adlı icraçı:“Ədliyyə naziri Fikrət Məmmədov bəyəm bilmir ki, bizimdə balalarımız var və bizdə evimizə bir iki manat pul aparmalıyıq”

rrÖlkənin məhkəmə sistemində islahatların aparılmasına baxmayaraq bəzi yerlərdə hələ də məhkəmə məmurlar vətəndaşları süründürməçiliyə salır, məhkəmə qərarlarının icrasını yubadır və ya icra etmir. Nəticədə əlində qanuni məhkəmə qərarı olan vətəndaşlar hüquqlarını belə bərpa edə bilmirlər. Son illər guya “aktiv” fəaliyyət göstərən məhkəmə icraçıları isə insanlarla sanki oyun oynayırlar. İcra məmurları Azərbaycan dövlətinin adına yaraşmayan hərəkətlər edərək vətəndaşlardan rüşvət almaq iddiasına düşürlər.

Belə hadisələrdən biridə Bakının Yasamal rayon Məhkəmə İcraçıları şöbəsində baş verib. Redaksiyamıza müraciət edən şəhid ailə başçısı Şükufə Abbasova bildirir ki, Yasamal rayon Məhkəmə icrçıları şöbəsinin Elgiz adı işçisi 2 gündür oğlum Gəraylı Samir Sabir oğlunun şəxsiyyət vəsiqəsini götürərək qaçıb. Şəhid ailə başçısı qeyd edir ki, oğluna avtoqəza hadisəsi ilə əlaqədər məntəqə tipli cəza çəkmə müəsissəsində 1,3 ay həbs qərarı verilib. Həmçinin Nizami rayon məhkəməsi qarşı tərəfə dəymiş ziyanı 14.400 manat hesab edərək ödənilməsi ilə bağlı qərar çıxardıb. Ancaq şəhid övladı Gəraylı Samir Sabir oğlunun adına heç bir əmlak olmadığı üçün və işlədiyi yerdə əmək haqqısının 180 manat olması kəsilən vəsaiti ödəməyə imkan vermir. Şəhid ailə başçısı bildirir ki, Yasamal Məhkəmə icraçısının Elgiz adlı işçisi oğlunun Xaçmaz yaxud Bakı şəhərindəki məntəqə tipli cəzaçəkmə müəsissəsinə göndərilməsi üçün onlardan rüşvət istəyir. İcraçı Xaçmazdakı məntəqə üçün 100, Bakıdakı məntəqə üçün isə 200 manat rüşvət istədi. Ancaq biz həmin rüşvəti verməkdən imtina etdikdən sonra zəng edərək oğlumu və məni Məhkəmə İcrası şöbəsinə çağırdılar. Oğlum Gəraylı Samir Sabir oğlu məcburi köçkün kimi müvəqqəti Beyləqan rayonunda qeydiyyatdadır. Həmin rayondada işləyir. Biz icraçılara bildirdik ki, Nizami rayon məhkəməsi hadisə olan vaxtı oğlumun kirayədə yaşadığı Yasamal rayon Hüseyn Cavid 500 ünvanını yazıb. Amma 6 aya yaxındır ki, oğlum Beyləqan rayonunda yaşayır, işləyir və 24 ildir orda müvəqqəti qeydiyyatdadır. Oğlum Beyləqan rayonunda qeydiyyatda olduğu üçün məhkəmə qərarının yaşadığı rayona göndərilməsini xahiş etdik. Məhkəmə icrası şəbəsinin Elgiz adlı işçisi isə xahişimizin əvəzinə oğlumun şəxsiyyət vəsiqəsini sənəd yazmaq adı ilə alaraq qaçdı. İcraçı “açıq aşkar üzümüzə dedi ki, istədiyimiz hesabı verməsəniz oğlunuza 306-cı maddə ilə cinayət işi açdıracağıq”. Biz isə rüşvətdən imtina etdikdə şəxsiyyət vəsiqəsini götürərək getdi və bir daha onu görə bilmədik deyə şəhid ailə başçısı bildirir. Dəfələrlə Elgiz adlı icraçının mobil telefonuna zənglər edib şəxsiyyət vəsiqəsini tələb etsəkdə heç bir nəticəsi olmadı.

Sonda məcbur qalıb Ədliyyə Nazirliyin “Qaynar Xətt” inə zəng edərək şikayət etdim. Nazirliyin qaynar xəttindən isə bildirdilər ki, şikayətinizə 15 gün ərzində baxılıb cavab veriləcək. Halbuki göz görə-görə bir icraçı qanunsuz olaraq şəxsiyyət vəsiqəsini götürərək qaçıb. Amma nazirlik heç bir tədbir görmür. Şəhid ailə başçısı bildirdi ki, dünən Elgiz adlı şəxs zəng edərək şəxsiyyət vəsiqəsini “naryad” yazmaq üçün götürdüyünü və sənədləşmə işləri qurtarandan sonra qaytaracağını bildirdi.

Ancaq mən əminəm ki, biz icraçıya rüşvət vermədiyimizə görə o bizi qəsdən gecikdirir. Çünki oğlum müvəqqəti yaşadığı Beyləqan şəhər icra nümayəndəliyindən və işlədiyi müəsissədən arayış alıb onlara təqdim etməlidir. Arayış təqdim olunarsa məhkəmə qərarı Beyləqan rayonuna göndəriləcək. Bu isə Yasamal rayon məhkəmə icrası şöbəsinin Elgiz adlı işçisinə və onun rəisinə sərf etmir. Çünki onlar almaq istədikləri rüşvəti ala bilməyəcəklər. Şəhid ailə başçısı qeyd etdi ki, oğlunun şəxsiyyət vəsiqəsinin qaytarılması üçün Elgiz adlı icraçıdan dəfələrlə tələb edib və şəxsiyyət vəsiqəsini qaytarmadığı təqdirdə Ədliyyə naziri cənab Fikrət Məmmmədova müraciət edəcəyini desədə icraçı çox unikal cavab verib “Ədliyyə naziri bəyəm bilmir ki, bizimdə balalarımız var və bizdə evimizə bir iki manat pul aparmalıyıq”.

Sonda Şükufə Abbasova saytımız vasitəsi ilə Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Zakir Qaralova. Daxili İşlər naziri Ramil Usubov cənablarına müraciət edib. Müraciətdə deyilir ki, cənab Ədliyyə naziri, cənab Baş Prokuror, Cənab Daxili İşlər naziri Elgiz adlı icraçıdan oğlumun şəxsiyyət vəsiqəsinin qaytarılmasına köməklik göstərin və şəxsiyyət vəsiqəsini 3 gündür qanunsuz olaraq götürən (oğurlayan) icraçının cəzalanmasını sizdən tələb edirəm. Belə məmurlar dövlətimizlə vətəndaş arasındakı körpüləri yandırılar və insanlara Azərbaycanda normal hüquqi cəmiyyətin olmadığını aşılayırlar.

Qeyd edək ki, Elgiz adlı məhkəmə icraçısının nömrəsi (055) 752-03-00. Bu şəxsin telefon nömrəsinə dəfələrlə zəng etsəkdə zənglərimizə cavab vermədi. Görünür rüşvət almaqla yerini bərkidən bu icraçı üçün həqiqətən dövlət qanunlaı işləmir. Mövzunu gündəmdə saxlayacağıq.

AzFakt.com

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button