Manşet-3

ŞOK! Məmur oğlu adam ölürdü cəzasız qaldı

ŞOK! Məmur oğlu adam ölürdü cəzasız qaldıİdarə müdiri Yuxarı Qarabağ kanalına qanunsuz atılan hər bir boruya görə sahibkarlardan 5 min manat “haqq” alır

Zaman-zaman məmur övladlarının harınlıqları, ataları tərəfindən onlara yaradılan imkanlar sayəsində başqalarına zərər vurma halları ilə üzləşirik. Və hər dəfəsində də Ölkə prezidenti İlham Əliyevin məsələyə müdaxiləsini, məmur övladlarının özbaşınalıqlarına qarşı barışmaz mövqeyinin şahidi oluruq.

Bu dəfə daha bir məmur övladının cinayət hərəkəti barədə informasiya verilib. Etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, Yevlax rayonunda böyük biznes şəbəkəsi qurmuş, əhaliyə qarşı böyük problemlər yaşatmasıyla tanınan, çalışdığı müəssisədə ciddi maliyyə fırıldaqları ilə böyük məbləğdə kapital qurmuş İlyas Səfərovun oğlu da yuxarıda qeyd etdiyimiz harınlıqlarla məşğuldur.

Belə ki, Melorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov qəbul etdiyi spirtli içkilərin təsiri nəticəsində idarə etdiyi, atası tərəfindən xüsusi olaraq baha qiymətə xarici ölkədən gətirilmiş qara rəngli CİP-lə idarəetməni itirərək, əvvəl VAZ 2107 markalı avtomobilə dəyməklə həmin maşını yararsız hala salıb, bu azmış kimi yol kənarında balıq satan gənc bir oğlanı da vurub. Yevlax rayon Aran qəsəbə sakini Ləzgiyev Ceyhun Novruz oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılsa da, məmur atasının işə müdaxiləsi nəticəsində Vüqar Səfərov cinayət məsuliyyətindən və azadlıqdan məhrumetmə cəzasından kənarda qala bilib. Hadisə Bakı-Qaxaz magistral yolunda baş verdiyi üçün cinayət hadisəsini Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat idarəsi araşdırsa da heç bir hüquqi nəticə olmayıb.

Onu da bildirək ki, idarə müdiri İlyas Səfərov hər il Yuxarı Qarabağ kanalının təmizlənməsi və yaxşı vəziyyətə gətirilməsi üçün büdcədən ayrılan yüz min manatlarla vəsaiti müxtəlif işlərin görülməsi adı altında silməklə özünə böyük var dövlət qurub. Təkcə son 3 ildə Yuxarı Qarabağ İstismar İdarəsinə 2 milyondan çox vəsait ayrılıb. İdarə müdiri bundan başqa kanala qanunsuz olaraq atılan borulara görə sahibkarlardan 5 min manat aldığı və hər il onlardan su pulu üçün 500 manat haqq yığdığınıda qeyd etmişdik. Bütün bunlarla bağlı cumhuriyyet.az-ın apardığı araşdırmalar zamanı Yuxarı Qarabağ kanalı ilə bağlı apardığı araşdırmada İlyas Səfərovun qeyd etdiyimiz qanunsuz hərəkətləri ilə bağlı bir çox faktlar üzə çıxıb. Həmin araşdırmanı olduğu kimi təqdim edirik: Yuxarı Qarabağ kanalında aparılan monitorinq nəticəsində məlum olub ki, İlyas Səfərov təkcə Beyləqan rayonu ərazisində 17 qanunsuz boru atıb, Ağacabədi rayonu ərazində isə bu boruların sayı 30-ü keçir. Bundan başqa Yevlax, Tərtər, Bərdə, Ağdam rayonları ərazisində bu qanunsuz atılmış su borularının ümumi sayı 100-dən çoxdur. İnformasiya mənbəmiz bildirir ki, idarə müdiri Yuxarı Qarabağ kanalına qanunsuz atılan hər bir boru üçün sahibkarlardan 5 min manat haqq alıb.

Bundan başqa boru ataraq dövlətə bir manat belə su pulu verməyən sahibkarlar bunun əvəzində hər il İlyas Səfərova 500 manat haqq verirlər. İdarə müdiri təkcə Yuxarı Qarabağ kanalına atılan borulara görə ildə sahibkarlardan 70 manatdan çox pul yığır. Bundan başqa dövlətdən kanalın təmizlənməsi üçün ayrılan külli miqdarda vəsaitində idarə müdirinin cibinə axdığını deyə bilərik. Çünki Yuxarı Qarabağ kanalının əksər yerlərini yabanı bitkilər və kol kos basıb. Bunu aşağıda çəkdiyimiz fotolarda görə bilərsiniz. Mənbəmiz iddia edir ki, İlyas Səfərov kanalın gözə çarpan yerlərində, daha çox körpülərin ətrafında bir neçə yüz metr ərazidə təmizlik işi aparmaqla “gözə kül” üfürür.

Həmçinin Yuxarı Qarabağ İstismar İdarəsinin 6 rayonda bölməsi olmaqla burada ümumi 300-ə yaxın şəxs işləyir. Ancaq İlyas Səfərov həmin işçilərin yalnız 200-ə yaxınına əmək haqqı verir. Yəni yerdə qalan 100 işçinin sadəcə sənədlərdə adı var. Həmin “ölü canların” adına yazılan əmək haqqları isə idarə müdirinə çatır. Bu isə ayda təxminən 25-30 min manata yaxın vəsait deməkdir. Qeyd edək ki, İlyas Səfərovun qazanc mənbələri bunlarla bitmir. İdarənin balansında olan xeyli sayda texnikanın və avtomobil hissələrindən gələn gəlir və digər maxinasiyalar barədə nöövbəti sayımızda oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button