Manşet-3

Dərin Özüllər Zavodunda gizli anbar və 2 milyonluq maxinasiya – PREZİDENTƏ ŞİKAYƏT

Dərin Özüllər Zavodunda gizli anbar və 2 milyonluq maxinasiya – PREZİDENTƏ ŞİKAYƏTHeydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda baş verənlərlə bağlı Savash.org-un elektron ünvanına şikayət məktubu ilə müraciət edən Arif Cavadov olduqca maralı və şok yaradacaq iddialarla çıxış edib. Saytımız vasitəsilə ölkə prezidenti İlham Əliyevə müraciət edən vətəndaş adıçəkilən zavodda gizli anbarların olduğunu və həmin anbarlarda oğurluq malların saxlanıldığını bildirir. Həmin məktubu qısa ixtisarla oxucularımıza təqdim edirik:
“Cənab Prezident. Sizə müraciət edərək bildirirəm ki, Ulu öndərin adını daşıyan dövlət müəssəsində rəhbərliyin nəzərinə çatdırılsa ki, vəzifəli bir işçi zavodun ərazisində gizli anbarlar yaradıb və bu anbarlarda oğurluq mal və material saxlayır. Bu anbarlarda gizlədilən materialların satışından isə küllü miqdarda pullar qazanılıb. Bütün bunların üstü açıldıqdan sonra isə zavod rəhbərliyi həmin gizli anbara nəzarət edən işçinin gizlətdiyi 2 milyon manatlıq materialları üç ay ərzində siyahıya alınmasını və müsadirəsini həyata keçirməklə kifayətlənir. Halbuki bu cinayət məsuliyyəti yaradan çox ciddi əməldir. Amma nədənsə ona “gözün üstə qaşın var” deyən yoxdur”.
Sonda vətəndaş müvafiq orqanlardan göstərilən faktla bağlı Heydər Əliyev adına Dərin Özüllər Zavodunda araşdırma aparılmasını xahiş edir.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
SAVASH.ORG

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button