Manşet-3

Nişanlı qız Facebook-da tanış oldu və…

Nişanlı qız Facebook-da tanış oldu və...Türkiyənin paytaxtı Ankarada nişanlı gənc qız Facebook-da tanış olduğu kişi ilə mesajlaşmağa başlayıb. Bir müddət sonra isə həmin kişi qıza \”mesajlarını nişanlına göstərərəm\” deyərək onu təhdid edib. Gənc qız təhdidlərdən qurtulmuq üçün qızıllarını kişiyə versə də, şantajçı bununla kifayətlənməyib. O, qızı otel otağında cinsi əlaqəyə girməyə vadar edib.

A.M. adlı qızı şantaj edən və zorlayan Ü.Ö. həbs olunub. O, inşaatda fəhlə işləyir.

Nişanlı olmasına rəğmən, Facebook-da Ü.Ö. ilə aktiv mesajlaşan A.M.-in bu \”ünsiyyət\”ində bir qədər sonra açıq-saçıq mövzuda söhbətlər daha çox olub.

Ü.Ö. bir qədər sonra qızı şantaj etməyə, bu mesajları onun nişanlısı və ailəsinə göstərəcəyini deməyə başlayıb. Susmaq üçün o, qızdan qızıl-zinət əşyalarını istəyib.
Qız razılaşıb, Ü.Ö. da görüş yerinə dostu Uğur P.-ni yollayıb. A.M. ona 2 qızıl bilərzik və 3 qızıl pul verib.
Bilərziklərlə qızıl pulları almasına rəğmən Ü.Ö. sakitləşməyib. O, A.M.-dən Ankaranın Ulus səmtindəki oteldə görüşməyi, cinsi əlaqədə olmağı tələb edib.
Otel otağında qızı zorlayan Ü.B. qurbanının qızıl boyunbağı və sırğalarını da alıb.

Şantajçıdan qurtulduğunu düşünən A.M. \”Otel otağına kamera qoymuşdum. Cinsi əlaqəmiz çəkilib. Nişanda sənə verilən qızıl dəsti verməsən, videonu ailənə yollayacağam\” sözlərini eşidib.

Çarəsiz qalan A.M. 10 min lirəlik qızılları da Ü.Ö.-yə verib.

Fəqət şantaj bitməyib və A.M. polisə üz tutub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button