Manşet

Ramil Usubov rəisləri püşkatma yolu ilə təyin etdi

Ramil Usubov rəisləri püşkatma yolu ilə təyin etdi

Dekabrın 20-də Daxili İşlər Nazirliyində Türkiyənin Ankara Polis Akademiyasını və Rusiya Federasiyası DİN-in xüsusi ali təhsil müəssisələrini 2014-cü ildə bitirmiş məzunların orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, son illər davamlı olaraq bu praktikadan istifadə olunduğunu bildirib.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə 18 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra püşkatma yolu ilə təyinat aparılıb. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara öz tövsiyyələrini verib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button