Manşet

Qatilinə avtoqraf verən müğənni – Ölümünə saniyələr qalır

Qatilinə avtoqraf verən müğənni - Ölümünə saniyələr qalırÖlümündən bir neçə saat əvvəl öz qatilinə avtoqraf verən müğənni… Onları gördü. Arxasından yaxınlaşdı. 5 dəfə tətiyi sıxdı, 4-ü istədiyi hədəfə dəydi. Bütün dünyaya “Xəyal et” deyən əfsanəvi müğənni yerə sərilmişdi. Başı həyat yoldaşının əlləri arasında qalmışdı…

Qatil “Başımın içindəki bir səs “bunu et, bunu etməlisən” – deyə qışqırırdı” deyirdi. Öldürəndən sonra əlində bir kitabla elə oradaca qalmışdı, səhifələri vərəqləyirdi. Kitab JDSalingerin bir çox dildə çap olunmuş 1951-ci il tarixli romanı “Çovdar Tarlası Uşaqları -The Catcher in the Rye” idi.

Con Lennon kariyerasında yenidən yüksəlməyə başlayanda “Beatles” pərəstişkarı olduğunu iddia edən və psixoloji problemləri olan Mark Devid Çapman tərəfindən 8 dekabr 1980-ci ildə Nyu-Yorkda qaldığı otelin qarşısında öldürülüb.

İngilis olmasına baxmayaraq ürəyindəki Nyu-York sevgisi onu elə burada yaşamağa məcbur edirdi. Niksonun rəhbərliyi zamanı milli təhlükə olaraq hədəf göstərilərək deportasiya edilmək istənmişdi. Çünki Lennon insanları yazdığı və bəstələdiyi musiqilərlə, çıxış etdiyi verilişlərdə cəsur, azad şərhləriylə, arxasınca gəzən kameralara verdiyi ağıllı cavabları və yaradıcı hərəkətləri ilə həmişə sülhə çağırırdı. O, bunu o qədər müvəffəqiyyətli edirdi ki, kütlələri maqnit kimi özünə çəkirdi.

O, ağıllı insanları bu cür qələmə verirdi: “Cəhalət əslində xoşbəxtlikdir. Yəni heç nə bilmirsənsə, ağrı-acı duymazsan”.

Həmin gün…
8 dekabr 1980-ci il axşamüstü Mark Devid Çapman müğənninin studiyasına getmək üçün qeydiyyatdan keçmək üçün mənzilindən çıxanda qarşılaşıb. Lennonun “Double Fantasy” əlində olduğu üçün avtoqraf istəyib. Çapman günün qalan hissəsini oralarda keçirib. “Central Park”ın yaxınlığındakı atəşfəşanlıq qapıçının və oradan keçənlərin diqqətini dağıtmışdı.

Axşam düşəndə artıq hər kəs otelə qayıdırdı. Çapman isə orada gözləyirdi. Con binanın qapısını açmağa hazırlaşanda Çapman arxadan çağırdı:

“Mr. Lennon!”…
Con çevriləndə Çapman döyüş mövqeyi alaraq çöməlib və 5 dəfə atəş açıb. Biri dəyməsə də, digər 4 güllə Conun kürəyinə və çiyininə dəyib.

Qanaxması çox olan müğənni həkimlərin bütün səylərinə baxmayaraq 40 yaşında həyata gözlərini yumur. Heç bir səbəb olmadan, ruhi xəstənin qurbanı olmuşdu Con Lennon. Bəlkə də onun ağıllı olması kimlərisə narahat edirmiş…

Ölümündən sonra ölümünə dair çox söz-söhbət gəzirdi. Cürbəcür sui-qəsd nəzəriyyələri yazılırdı. “Con Lennonu kim öldürdü?” kitabını yazan ingilis hüquqşünas və jurnalist Fenton Bresse kimi şahidlərə və sənədlərə əsaslanaraq bu iddia irəli sürülüb:

“Qatil Mark Devid Çapman xəyal qırıqlığına uğrayan fanatik deyil. O, beyninə əmrlər verilən qatildir”.

Əslində onunla birlikdə musiqi də ölmüşdü. Qətlə yetirildiyi gün onun son sözləri bunlar olmuşdu:

“Ölmədiyim müddətcə davam edəcəyəm”. Onun davam etmək istədiyi insanları sülhə çağırmaq idi.

“Mən uşaq olanda anam mənə həmişə həyatın açarının xoşbəxtlik olduğunu izah edərdi. Məktəbə getməyə başlayanda imtahanda mənə “Böyüyəndə kim olmaq istəyirsən?” dedilər. Mən də onlara “Xoşbəxt olmaq istəyirəm” – deyə cavab verdim. Onlar mənə sualı anlamadığımı söylədilər. Mən də onlara əslində onların həyatı anlamadıqlarını dedim”.

Çapman danışır
1991-92-ci illərdə yazılan və heç vaxt yayımlanmayan səsyazmalarda qatil Lennonu niyə öldürdüyünü danışır:

“Bu mütləq bir ehtiyac idi. O mərhələdə artıq heç nəyin qarşısını ala bilməzdim. Bütün ruhumla buna tamamilə inanmışdım. Bu bir qatar idi, heç nəyin saxlaya bilmyəcəyi maşinistsiz bir qatar… Heç kim məni saxlaya bilməzdi. Bir tərəfdə dünyanın heyran olduğu musiqiçi, digər tərəfdə isə mənim kimi bəsit bir insan. Bu ağlıma gələndə içimdə nə isə qopdu. Con Lennonun öldürməklə şəxsiyyətimin ortaya çıxacağını düşünürdüm”. /atvxeber.az/

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button