Manşet

İlham Əliyevi təyin etdiyi icra başçıları devirəcək – QORXUNC VƏ MÜMKÜN SSENARİ

İlham Əliyevi təyin etdiyi icra başçıları devirəcək – QORXUNC VƏ MÜMKÜN SSENARİ
Tarixdə sonrakı nəticələrini proqnozlaşdırmaq mümkün olmayan kiçik qığılcımdan böyük üsyanların, inqilabların baş verməsinə dair onlarla fakt var. Tarixdən çıxarılan yeganə dərs isə heç bir dərsin çıxarılmamasıdır. Görünür, ona görədir ki, “tarixdən heç bir dərs çıxarmırıq” fikri günümüzdə çox populyardır, həmin fikir dünən də məşhur olub, sabah da məşhurluğunu qoruyacaq.

Amma üstündən əsrlər keçmiş, tarixçilərin qələmiylə bir qədər də əsatirləşmiş tarixi olayları bir kənara qoyaq, biz axı hələ yaddaşımızda təzəliyini qorumaqda olan ən yaxın keçmişi unuduruq. Unuduruq ki, illər öncə Azərbaycanı həyacanlandıran İsmayıllı, Quba iğtişaşları baş vermiş və bu olayları yatızdırmaq o qədər də asan başa gəlməmişdi…

Yaddaşımızı qurdalayaq, İsmayıllı və Qubada nə baş vermişdi ki, cəmi bircə günün içərisində həmin rayonun sakinlərini tanımaq olmurdu? Özünün təmkini və sülhsevərliyi ilə məşhur olan bu vətəndaşları əlllərinə daş alaraq küçələrə çıxaran səbəb yadınızdadırmı, heç olmasa?

İlham Əliyevi təyin etdiyi icra başçıları devirəcək – QORXUNC VƏ MÜMKÜN SSENARİYADDAŞ DƏRSİ: 23 yanvar 2013-cü ildə İsmayıllı rayonunun həmin vaxtkı icra başçısı olan Nizami Ələkbərovun qardaşı oğluna məxsus “Hammer” markalı maşın yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb. Rayon sakinləri buna mane olmağa çalışsa da, icra başçısının qohumları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döymüş və Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hammer” markalı maşını yandırmışlar. Sakinlərin “Çıraq” hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş ediblər. Onların əsas tələbi icra başçısı Nizami Ələkbərovun istefası olub. Mitinqçilərə qarşı güc tətbiq etmək üçün dərhal Bakıdan və qonşu rayonlardan Xüsusi təyinatlı qoşunlar və Daxili qoşunlar İsmayıllıya yeridilib. 24 yanvarda müxtəlif istiqamətlərdən İsmayıllıya qoşunlar yeridilib, İsmayıllı rayonu tamamilə mühasirəyə alınıb, rayondan giriş-çıxışa qadağa qoyulub. Etiraz edən sakinlərə qarşı qoşunlar avtomat atıcı silahlardan, rezin güllələrdən, su şırnağından və gözyaşardıcı qazdan istifadə ediblər. İki gün davam edən qarşıdurmalar zamanı çoxlu sayda polis, əsgər, xüsusi təyinatlı döyüşçü və yerli sakinlər yaralanıb, onlarla sakin həbs edilib. Şəhərdə komendant saatı tətbiq edilib, küçəyə çıxan hər bir sakin dərhal polis və ordu tərəfindən həbs edilib. Yalnız bu tip sərt tədbirlər nəticəsində iğtişaşın qarşısını almaq mümkün olub. Hadisədən bir neçə həftə sonra icra başçısı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

YADDAŞSIZLIQ DÖVRÜNÜN OLAYLARI: İndisə istər İsmayıllı, istərsə də Quba olayları unudulub, sanki hər kəsə elə gəlir ki, olanlar hansısa başqa dövlətdə baş verib, bizə aidiyyatı yoxdur və ola da bilməz. Ciddi yaddaşsızlıq sindromunun ortaya qoyacağı mənzərə isə əvvəlkilərdən daha acınacaqlı ola bilər.

Savash.org mümkün təhlükənin “ayaq səslərini” son günlərdə və aylarda müxtəlif icra başçılarının məsuliyyətsizliyindən baş vermiş olaylara işıq tutmaqla oxucularına da “eşitdirmək” qərarına gəlib. Beləliklə, icra başçılarımızın dövlət üçün hansı təhlükələr hazırladığının bariz nümunəsi olan olaylara nəzər salaq.

İlham Əliyevi təyin etdiyi icra başçıları devirəcək – QORXUNC VƏ MÜMKÜN SSENARİBİRİNCİ EPİZOD: \’\’Üç gün ərzində səsimə səs verməsəniz, özümü qaz borusundan asacam. Mən korrupsiyaya “yox” deyirəm. 214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm?\’\’.

Bu sözləri Abşeron rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edən Qarabağ qazisi Fuad Əkbərov elə müsahibə verdiyi Kanal13-ün kamerası önündə evinə od vurub.

Evinə od vurmamışdan əvvəl F.Əkbərov bildirib ki, bu gün saat 12 radələrində Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar: \’\’Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir\’\’.

Sözünü deyib bitirən F.Əkbərov sonra evə benzin tökərək yandırıb.

İlham Əliyevi təyin etdiyi icra başçıları devirəcək – QORXUNC VƏ MÜMKÜN SSENARİEPİZOD 2: Bu il mayın 16-da, axşam saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsinin sakinləri Sumqayıt-Saray yolunu bağlayıblar. Sakinlər Sumqayıta gedən marştrutların azlığına etiraz ediblər. Aksiyaçıların verdiyi məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Saray və Novxanı qəsəbələrindən gedən avtobusların Sumqayıta daxil olmasını yasaqlayıb.

“Bir həftədir Sumqayıta avtobuslar işləmir. 6-7 marşrut dayandırılıb. Sumqayıta 50 qəpiyə gedirik” – deyə sakinlər bildiriblər.
Hadisə yerinə icra nümayəndəsi, polis və marşrut xəttinin sahibi gəlib. Polisin müdaxiləsi ilə Sumqayıt-Saray yolu açılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən baş verənlərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

İlham Əliyevi təyin etdiyi icra başçıları devirəcək – QORXUNC VƏ MÜMKÜN SSENARİEPİZOD 3: Yasamal Rayon İcra başçısı Əziz Əzizov sakinlər tərəfindən hücüma məruz qalıb və bir sakinlə əlbəyaxa olaraq üzündən xəsarət alıb.
Bu haqda əvvəlcə sosial şəbəkələrdə xəbərlər dolaşıb, ardınca isə məlumat yerli elektron mediada günün ən çox oxunan xəbərinə çevrilib. Hadisəyə Yasamal rayonunda kanalizasiya xətlərinin partlaması və vətəndaşların buna laqeyd yanaşan İcra orqanlarına qarşı etiraz etməsi səbəb olub. Belə ki, Alatava adlanan ərazidə köhnəlmiş kanalizasiya xətlərinin dəyişilməsi proqramına daxil olan adreslərdə aparılan iş nəticəsində vətəndaşın evi qəzalı hala salınıb. Bundan hiddətlənən vətəndaş icraçılarla söyüşüb. İcraçılarla vətəndaş arasında yaşanan qarşı durmadan xəbər tutan Yasamal Rayon İcra başçısı Əziz Əzizov hadisə yerinə gəlib.

Zərərçəkmişlər əsəblərinə hakim ola bilməyərək icra başçısına hücum çəkdiyi qeyd edilir. Hadisə şahidi olan etibarlı mənbənin məlumatına görə, qəzəbi heç cür soyuda bilməyən vətəndaşlardan biri icra başçısını təhqir edərək onunla əlbəyaxaya çıxıb. Mənbənin iddiasına görə, polis tərəfindən hadisənin qarşısı alınaraq həmin vətəndaş polis idarəsinə aparılıb. Məlum olub ki, həmin vətəndaş illərdir narkotik aludəçisidir. Yayılan məlumatda o da qeyd edilir ki, üzündən xəsarət alan icra başçısı bir neçə gün işə çıxa bilməyib.

***

Savash.org xatırladır ki, bu qəbildən olan şok olaylarla bağlı onlarla faktı qeyd etmək olardı. Sadəcə olaraq, təqdim etdiyimiz hər üç epizod “dünən-sırağagün”ün olaylarıdır və biz ən yeni xəbərlərin gözünə nisbətən köhnələrini qatmaqla həm yazını uzatmaq, həm də xoş olmayan olayları yenidən yada salmaq istəmədik. Xatırlatmaq istədiyimiz isə təkcə odur ki, Prezidentin tərin etdiyi icra başçılarının işi yerlərdə üsyan yaratmaq yox, dövlət siyasətini layiqincə icra etməkdir.

Görünən isə budur ki, bəzi icra başçıları artıq bu posta nə üçün təyinat aldıqlarını belə unudublar. Vəzifədə qaldığı hər gün daha çox pul qazanmaq, mümkün olan hər işdən karlı çıxmaq fürsətçilliyi həmin icra başçılarına hər şeyi unutdurub: Onu bu vəzifəyə kimin təyin etdiyindən tutmuş, adi etik-davranış normalarına qədər.

Həmin icra başçılarının korşalmış yaddaşlarını təzələmək üçün isə çox şey tələb olunmur: Azacıq istək, dövlətin mənafeyini düşünmək və ölkəni mümkün xaosdan qorumaq istəyi…

İlham Əliyevi təyin etdiyi icra başçıları devirəcək – QORXUNC VƏ MÜMKÜN SSENARİFaiq LƏTİFOV

P.S. Həmin icra başçılarının yaddaşı “təzələnməsə” onlar nəyisə təzələyəcəklər. Bəlkə də İsmayıllı olaylarını. Kim bilir?
P.P.S. “Yaddaşını itirmiş” icra başçılarını isə kiçik görməyin, onlar çox şey edə bilər, hətta on illərdir müxalifətin bacarmadığını bacarıb, prezident İlham Əliyevin devrilməsinə də nail olarlar…

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button