Manşet

Bakının mərkəzində əməliyyat: bankı yarmaq istəyən 17 yaşlı gənc saxlanılıb

Bakının mərkəzində əməliyyat: bankı yarmaq istəyən 17 yaşlı gənc saxlanılıb
Bakıda bankdan oğurluğa cəhd etmiş gənc oğlan tutulub

Savash.org Lent.az-a istinadən bildirir ki, mayın 19-da gecə saat 01:22 radələrində \”Kapital Bank\” ASC-nin Nəsimi rayon Asif Məhərrəmov küçəsində yerləşən \”Binəqədi\” filialından polisə həyəcan siqnalı daxil olub.

Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki, naməlum şəxs bankın şüşə konstruksiyalı əsas giriş qapısını sındıraraq içəri daxil olmaq istəyir.

Keçirilən əməliyyatla banka soxulmağa çalışan paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button